
Nyu-York bandası iş başında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
... Yaxud belə yazılarla barışığa zəmin yoxdur
Gözəgəlimli sözlərlə siyasi görüşün soxulması...
Nə Vilayəti, nə də fars-molla rejiminin türklərə münasibəti ...
Bakıdan Tehrana daha bir “informasiya raketi”
Vilayəti yuxuda nə gördü ki, ayılanda Azərbaycanlı olduğunu xatırladı ...
Yadların məhv edilməsi, Xameneyinin müşavirinin ah-naləsi
«İkitərəfli əməkdaşlıq nəticəsində ... öhdəsindən gəlməyi bacaracağıq»
«İkitərəfli əməkdaşlıq nəticəsində ... öhdəsindən gəlməyi bacaracağıq»
«İkitərəfli əməkdaşlıq nəticəsində ... öhdəsindən gəlməyi bacaracağıq»
Əli Əkbər Vilayətinin məqaləsi yalanlar və saxta sevgi ilə doludur. İran dini liderinin müşavirinin ürəyi Azərbaycan sevgisi bir yana, nifrətlə doludur. Bu həmin Vilayətidir ki, 2006-cı ildə rəsmi “İran” qəzetində Türklük şüuru daşıyanlara həşərat demişdi. O zaman buna etirazlara qalxan millətimiz 50 gənc qurban verdi. Amma “Haray, haray, mən Türkəm” şüarları ilə öz varlığını qorudu.
İndi Vilayəti durub siz Azərisiniz (Azərbaycanlısınız), Farsa qardaşsınız, hətta elə özümüzsünüz, deyir. Hətta iranpərəstlər bir az da irəli gedərək müşavirin əslən Ərdəbilli olması yalanı uydurur. Yox elə bir şey! Bu, bir zamanlar məqaləsində Turan da bizimdir, “köçəri Farsların məskənidir” deyən adamdır.
Bu adamın xain iddialarla dolu və yanlış tərcümə edilən yazısını düzgün oxumaq lazımdır. “Amandır, Azərbaycan ayağa qalxmasın”, demək istəyir bu adam. 100 ildir aşağılanan Güney Azərbaycan türkləri isə “Yetər artıq, Azərbaycan İran deyil!”, – deyir. (Vaxt.az)