İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:25 | 3 fevral 2017 | Cümə
Məqaləyə 1973 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İranın Ali liderinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti Ermənistan Müdafiə Nazirliyinin başçısı Vigen Sərkisyanı «İsrail tərəfindən regionda münaqişənin qızışdırılmasına» yol verməmək üçün birgə səy göstərməyə çağırıb.
Virtualaz.org bildirir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
Qeyd edək ki, Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilə qədər, Əli Xameneyi və Haşəmi Rəfsancaninin prezidentlikləri dövründə İranın xarici işlər naziri vəzifəsini tuturdu. İki dəfə İran İslam Respublikası prezidentliyinə namizəd olub. 1992-ci ildə o, Qarabağ münaqişəsinin nizama salınması üzrə İranın vasitəçilik missiyasında iştirak edib.
Əli Əkbər Vilayəti erməni nazirlə söhbətdə Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunaraq deyib: «Ümid edirik ki, İran Ermənistanın və Azərbaycanın münasibətlərində vasitəçi rolunu oynaya biləcək ki, biz İranın və Ermənistanın tarixi qarşılıqlı fəaliyyətinin təkrarının şahidi olaq».
Regional təhlükəsizlik məsələlərindən danışan Vilayəti bildirib: «Bəzi xarici güclər, məsələn, İsrail kimi, regiona girməyə və regional proseslərə qarışmağa çalışırlar. Biz ayıq olmalı və imkan verməməliyik ki, özgələr bizim regionumuzda toqquşmalara təhrik etsin».
Ermənistanın müdafiə naziri V.Sərkisyan öz növbəsində iki ölkənin dost münasibətlərinin yüksək səviyyəsini vurğulayıb və əlavə edib: «Ermənistan və İran ümumi çağırışlar qarşısında dururlar. Biz əminik ki, ikitərəfli əməkdaşlıq nəticəsində bu çağırışların öhdəsindən gəlməyi bacaracağıq».