vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
20:54 | 30 may 2017 | Çərşənbə axşamı Məqaləyə 1122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O gecə kimsə bizi satmışdı»

Bin Ladenin arvadı: «Artıq təhlükəsiz evimizin ölüm tələsinə çevrildiyi bəlli idi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Əməl Əhməd əl Səddah Üsamə bin Ladenin dördüncü və ən gənc həyat yoldaşıdır. O, 2011-ci ilin may ayında Abbottabaddakı evlərində ABŞ qoşunları tərəfindən keçirilən əməliyyatdan və həyat yoldaşının həmin gecə öldürülməsi haqqında xatirələrini bölüşüb.

Bu yaxınlarda Əməl ABŞ Hərbi Dəniz Xüsusi Əməliyyat Komandanlığı və ABŞ xüsusi qoşunlarının keçirdiyi əməliyyat nəticəsində həyat yoldaşının qətlə yetirildiyi gecə baş verənlər barədə müsahibə verib.

Əməl «Sürgün: Üsamə bin Ladenin qaçışı» kitabı üçün Adrian Levi və Keti Skot Klarka müsahibə verib.

Həmin gecə Əməldən başqa onun altı övladı, Üsamənin ikinci və üçüncü həyat yoldaşları Xairia və Seham, həmçinin 22 yaşlı oğlu Xalid də evdə idilər.

Onun sözlərinə görə, hər kəs evin sonuncu mərtəbəsində toplaşmışdılar. «Onlara mən lazımam, siz yox» deyə Üsamə xanımlarına və uşaqlara aşağı düşməyi tapşırdı.

Əməl yerindən tərpənməkdən imtina elədi, qızları Miriam və Sumaiya isə eyvanda ögey qardaş və bacıları ilə gizləndilər. Əməl, Bin Laden və onların oğlu Hüseyn tək idilər, onlar ABŞ qoşunlarının evə hücumunu müşahidə edirdilər.

Bin Laden, Əməl və onların kiçik oğlu Hüseyin otaqda qaldılar. Amal düşünürdü ki, «Artıq təhlükəsiz evimizin ölüm tələsinə çevrildiyi bəlli idi, kimsə daxili çevrəmizdən bizi satıb».

Əməlin danışdıqlarından məlum olur ki, 6 il təcrid həyatı yaşadıqdan sonra Üsamanın  fövqaladə vəziyyət üçün alt paltarına tikilmiş  bir az avro və  Vəziristandakı müavinlərinin telefon nömrələrindən başqa heç nəyi olmayıb.

Bu arada ABŞ xüsusi qoşunları kilidli qapını  partladaraq evə daxil olaraq yuxarı mərtəbələrə doğru qalxıb. Hərbçilər otağa daxil olanda Əməl düz həyat yoldaşının qarşısında dayanmışdı və əsgərlərə doğru hərəkət etdi. Əməl onları kənara çəkməyə çalışsa da açılan atəş nəticəsində çarpayıya yıxılıb. Otağa daxil olan hərbçilərin sayı artdıqca Bin Ladenə açılan atəşlər və bədənini deşən güllələrin ardı-arası kəsilmirdi.

Əməl yaxşı anlayırdı ki, sağ qalmaq üçün o özünü ölülüyə vurmalıdır. Beləliklə gözlərini bağlayıb yavaşca nəfəs almağa çalışırdı. Oğlu Hüseyin anasının yanında idi. O, hər şeyi öz gözləri ilə görürdü. Hərbçilərdən biri onu qaldırıb üzünə su çilədi və sonra anasının yanına apardı.

Əməlin sözlərinə görə, Mariam və Sumaiyanı tutub atalarının cəsədi üzərinə gətirdilər. Onlardan cəsədi tanımağı tələb edirdilər, həmin an Üsamanın ikinci həyat yoldaşı Xairiah də ərinin cəsədinin yanında oturmuşdu.

Bu zaman Əməl başa düşür ki altı il bu tənha yerdə qapanmanın sonu artıq başa çatıb. Yuxularına gələ bilməyən bu cür sonluq bir an içində artıq baş verib.

Üsamanın sonuncu həyat yoldaşı olan Əməl saxlanılan zaman Pakistan höküməti üçün bir çox problemlər yaratmışdır. Pakistanda ona qarşı edilən pis  rəfdara görə, o, aclıq aksiyası keçirirdi.Yerli hakimiyyət orqanları ona oranı tərk etməyə icazə vermədiyi üçün, Əməl aclıq aksiyasına davam edirdi. Qohumunun sözlərinə görə əməliyyat zamanı yaralandıqdan sonra ona düzgün tibbi yardım göstərilməyib.

Əməl Yəməndəndir və Üsamadan beş övladı var. Üsamanın həyat yoldaşları uzun sürən diplomatik mübahisəyə səbəb olublar. Onun iki dul qadını əslən Səudiyyə Ərəbistanlıdır. Lakin 1994-cü ildə Üsama ekstrimist fəaliyyətinə görə vətəndaşlıqdan məhrum edilən zaman həyat yoldaşlarının da vətəndaşlığı ləğv olunub.