“Atamın qurbanlarından biri də mənəm”
Oğlu Ömərin hansı sözü Üsamə bin Ladeni məyus edib?
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Üsamə bin Ladenin oğlunun toyu
Videoni Mərkəzi Kəşfiyyat İdarəsi yayıb
-
«O gecə kimsə bizi satmışdı»
Bin Ladenin arvadı: «Artıq təhlükəsiz evimizin ölüm tələsinə çevrildiyi bəlli idi»
-
Azərbaycanı hədələyən terrorçu məhv edildi
Üsamə bin Ladeni yamsılayan onun aqibətini də yaşadı
-
41 yaşlı Ömər bin Laden Əl-Qaidə liderinin dördüncü böyük oğlu və varisi idi. Ömər deyir ki, o, atasının izləyiciləri tərəfindən sevdiyi ev heyvanları üzərində kimyəvi silah sınaqlarının şahidi olduğu və gənc yaşlarında “AK-47” avtomatından atəş açmağı öyrəndiyi qədər “kədərli uşaqlığı” keçirib.
“Daily Star”ın xəbərinə görə, Ömər bütün həyatını bir bölgədən digərinə köçərək yaşamaq məcburiyyətində qaldığını və heç yerə uyğunlaşa bilmədiyini söyləyərək: “Məncə atamın qurbanlarından biri də mənəm”.
15 yaşında atasının mirasını davam etdirmək üçün seçilən Ömər deyib: “Atam heç vaxt məndən “Əl-Qaidə”yə qoşulmağı xahiş etməyib, amma işin davam etməsi üçün seçilmiş oğul olduğumu deyirdi. Mən ona bu həyata uyğun olmadığımı deyəndə o da məyus oldu”.
Ömər uzun müddət atasının hərəkətlərini tənqid edirdi və 2001-ci il sentyabrın 11-də məşhur Əkiz Qüllə hücumlarından əvvəl atasını və “Əl-Qaidə”ni tərk etmək qərarına gəldi.
Ömər Əl-Qaidədən ayrıldıqdan sonra 2011-ci ildə öldürülən cihadçı atası ilə bir daha danışmadı.
“Ona nə etdiklərini bilmirəm. Onun cəsədini okeana atdıqlarını dedilər, amma inanmıram”. Ömər atasını hələ də sevib-sevmədiyini sualına, “Nə olursa olsun, ailə həmişə ailə olacaq”, – cavabını verib.
Ömər bin Ladenin ölümündən sonra ona atasının cəsədini görmək şansının verilmədiyini deyib. “Əl-Qaidə”dən ayrıldıqdan sonra hər şeyin yaxşılaşacağını düşündüyünü deyən Ömər hələ də “bin Laden” soyadını daşıdığı üçün insanların onu mühakimə etdiyini söyləyib.
Hazırda həyatda qalmağa çalışdığını və yaşadığı travmalara görə bəzən dərman qəbul etməli olduğunu deyən Ömər çox fərqli bir həyat tərzi keçirib.
Bu gün beynəlxalq miqyasda tanınan bir rəssam olan Ömər Əfqanıstan mənzərələrini əks etdirən rəsmlərinin hər birini 8500 funt sterlinqə satır.
Zeynə bin Ladenlə evli olan Ömər hazırda Fransanın Normandiya şəhərində yaşayır. “Şrek” və Klint İstvud heyranı olan cütlük kovboylardan bəhs edən filmləri birlikdə izləməyi sevir.