vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
10:12 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 1712 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Terrorizmlə mübarizəyə razılıq olmalıdır»

«Cenevrəyə getmək mənasızdır»

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyada heç kim sülh müzakirələrindən sonra keçid hökumətinin qurulacağına ümid etməsin. Bu sözləri Suriyanın informasiya naziri Umran əl-Zubi Cenevrədə keçiriləcək sülh konfransı ilə bağlı çıxışında deyib. Nazir qeyd edib ki, hətta Cenevrədə sülh əldə olunsa belə, razılaşmanın şərtləri xalq tərəfindən referendumda təsdiqlənməlidir. Əks halda, razılaşmanın əhəmiyyəti olmayacaq:

«Suriyada terrorizmə qarşı bir bayraq altında mübarizə aparmaq üçün razılıq olmalıdır. Qalan məsələlər isə vacib əhəmiyyət kəsb etmir. Suriya hökumətinin Cenevrədə əl-Nüsrə Cəbhəsi ilə dialoq qurmaq niyyəti yoxdur. Əgər biz həmin terrorçularla danışıqlar aparacağıqsa, Cenevrəyə getməyin bir mənası yoxdur»
İranda səfərdə olan ölkənin xarici işlər naziri müavini Feysəl Məqdad isə, qeyd edib ki, İranın Cenevrə konfransında iştirakı çox vacibdir. Onun sözlərinə görə, rəsmi Tehran Suriyada sülhə nail olmaqda mühüm rol oynaya bilər.
Bu arada, Dəməşqin Babil bölgəsi bombaların hədəfi olub. Suriya hava qüvvələri yaşayış məntəqələrini bombalayıb. Nəticədə onlarla insanın öldüyü bildirilir.
Ölkədə müharibə şəraiti davam etdikcə humanitar böhran da dərinləşir. YUNİSEF-in Cenevrədə keçirilən iclasında təşkilatın mətbuat katibi Patrik Makkormik Suriyada uşaqlara humanitar yardım edilməsi üçün 1 milyard dollara ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Suriyada 1 milyon uşaq köçkün düşüb, onlarında 425 minin yaşı 5-dən azdır.