«Baş nazirin istefaya getməsi real görünmür»
Elvin Yusifli: «Amma yumşaq «Brexit» tərəfdarları qismən də olsa istədiklərinə nail ola bildilər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
“Bu nifrət cinayətidir”
Şimali İrlandiya polisi müsəlmanlar əleyhinə olan plakatları yığışdırıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Milyarderlər gizli xəzinənin izində
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
-
Cinsi zorakılıq fotoları kolleksiyaçısı
Uşaq istismarında günahlandırılan məşhur aparıcıya həbs cəzası
-
“Qaydalar pozulub”
İngiltərədə 500 min funt-sterlinqlik qalmaqal
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Moskvadan Londona casus ittihamı
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib
-
Londonda ictimai nəqliyyat sisteminə kiberhücum
5 min müştərinin şəxsi məlumatları və bank hesabları təhlükədə olub
-
Uzaq mənzilli silahlardan istifadə gündəmdədir
ABŞ 700 milyon dollar, Britaniya 600 milyon funt-sterlinq yardım edəcək
-
8 milyard funtluq sərmayə
“Amazon” Böyük Britaniya hökumətinə yaxşı başlanğıc üçün şans verdi
-
Şahzadə təqaüdlə dolanacaq?
Kral Çarlzın problem yaradan qardaşına səbri bitir
-
Əfqanıstanın London səfirliyi bağlandı
Səfirliyə 3 həftə, əməkdaşlara isə ölkəni tərk etmək üçün 3 ay vaxt verildi
-
Görünməmiş təhdidlərə qarşı-qarşıya
ABŞ və Böyük Britaniya kəşfiyyatı əməkdaşlığın vacibliyini qəbul edir
Britaniyada keçirilən parlament seçkilərinin nəticələri haqqında Xəzər Universitetinin siyasi elmlər üzrə müəllimi Elvin Yusifli «Amerikanın Səsi»nə müsahibə verib.
Elvin Yusifli bildirib ki, Tereza Meyin inamlı şəkildə erkən seçkiləri təyin etməsi və hətta parlamentdəki yerlərin sayını 350-ə çatdıracağına dair əminliyindən sonra indiki nəticə bir qədər gözlənilməz olub.
Lakin gənclərin seçkidə aktiv iştirakı, Leyboristlər Partiyasının, xüsusilə də Ceremi Korbinin nüfuzunun son aylarda yüksəlməsi seçki nəticəsinin bu cür olacağı ehtimalını artırmışdı.
«Seçkidən əvvəl Mühafizəkarlar Partiyasının parlamentdə 330 yeri var idi, indi isə 318-ə düşməsi gözlənilir. Tereza Meyin rəhbərlik etdiyi mühafizəkarlar səslərin çoxunu qazansa da, Brexit sonrası gözləntilər fonunda bu, məğlubiyyətə yaxın qələbədir».
Elvin Yusiflinin sözlərinə görə, Tereza Mey erkən seçkiləri elan edərkən ən əsas Avropa İttifaqı ilə danışıqlarda sərt «Brexit» mandatını gücləndirmək məqsədi güdürdü.
«Baş nazir və onun tərəfdarları Britaniyanı Avropa vahid bazarından və gömrük ittifaqından çıxarmağa hazır olduqlarını bəyan etməklə Britaniyanın öz sərhədləri üzərində nəzarətini bərpa etmək istəyirlər».
Ekspert bildirdiklərinə əsasən, seçkilərin ilkin nəticələri onu deməyə əsas verir ki, Avropa iqtisadi bazarından çıxmağın əleyhinə olan yumşaq «Brexit» tərəfdarları qismən də olsa istədiklərinə nail ola bildilər.
Konservativlərin seçkilərdə 10 yer qazanmış Demokratik Unionistlər Partiyası ilə razılığa gəlməsinə münasibət bildirən Yusifli, hər iki partiyanın siyasi və sosial mövzularda mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb. Bununla bərabər, «Brexit»də nəzərdə tutulan sərhəd yaradılması ideyasının Şimali İrlandiya ilə İrlandiya arasında iqtisadi, siyasi problemlərin yarada biləcəyini nəzərə alaraq unionistlərin yumşaq «Brexit» tərəfdarı olacağına inandığını qeyd edib.
Elvin Yusifli onu da əlavə edib ki, seçkinin nəticəsi olaraq Britaniyada tarazlı parlament yaranıb.
«Tarazlı parlamentdə partiyaların heç biri yerlərin mütləq çoxluğuna, yəni 326 yerə sahib olmur. Nəticədə, hakim partiya gündəliyində olan qanun layihələrini parlamentdən təkbaşına keçirə bilmir və digər partiyalarla sövdələşməyə getməyə məcbur olur».
Xəzər Universitetinin siyasi elmlər üzrə müəllimi Elvin Yusiflinin sözlərinə görə, baxmayaraq ki, mühafizəkarlar seçkidə məğlubiyyətə görə Tereza Meyi günahlandırırlar, baş nazirin istefaya getməsi real görünmür.