
20 milyon insanın məlumatı oğurlanıb
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
İş və təhsil vizalarını arxa qapı kimi istifadə edən ölkələrə məhdudiyyət qoyulacaq
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Böyük bir sui-qəsd planı ifşa edildi
Şahzadə Harrinin müsahibəsi Sarayı qəzəbləndirdi
Məhkəmə təhlükəsizlik tələbini rədd etdi
Cekpot udub 11 milyon manatdan çox qazanan adam fanatı olduğu idmana görə Bakıya gələcək
Almaniyada 3 sərxoş ingilis əsgəri həbs olunub
Dünyanın ən yaşlı insanı sirrini bölüşdü
Böyük Britaniya xərçəngi tək peyvəndlə müalicə etmək üçün qollarını çırmalayır
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Kral olanda qardaşı və xanımın titullarını alacaq
Britaniyada çimərliklərdən çınqıl daşı, qum götürənlər 1000 funt-sterlinq cərimələnəcək
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
“Google” Böyük Britaniyada rəqabət qanunlarını pozmaqda günahlandırılır
Britaniya Xarici İşlər Nazirliyi Əfqanıstanın Londondakı səfirliyinin bağlandığını rəsmən elan edib və qərarla bağlı Əfqanıstanın Böyük Britaniyadakı səfiri Zalmay Rəsulu rəsmi məlumatlandırıb.
Əfqanıstan xəbər agentliyi “Khaama Press”in dünən (sentyabrın 8-də) verdiyi xəbərə görə, Zalmay Rəsul cümə günü İngiltərə Xarici İşlər Nazirliyinə çağırılıb və səfirliyin 20 gün ərzində bağlanacağı barədə məlumat verilib.
Britaniya Xarici İşlər Nazirliyi səfirliyin işlərinin Taliban nümayəndələrinə verilməyəcəyini və bağlanılacağını açıqlayıb və səfirlik əməkdaşlarına İngiltərəni tərk etmək üçün 90 gün vaxt verilib.
Britaniya Avropada ən böyük əfqan immiqrant icmalarından birinə malikdir. Səfirliyin bağlanması bu immiqrantların konsulluq xidmətlərinə çıxışını çətinləşdirəcək.
Bu açıqlama Taliban Xarici İşlər Nazirliyinin Böyük Britaniya da daxil olmaqla bir sıra Qərb ölkələrində Əfqanıstanın diplomatik nümayəndəlikləri tərəfindən verilən konsulluq sənədlərini bir daha tanımadığını bildirməsindən qısa müddət sonra edilib.
Taliban bu səfirlikləri müstəqil fəaliyyət göstərməkdə və Kabilin verdiyi göstərişlərə əməl etməməkdə ittiham edib. Bununla belə, Taliban Əfqanıstanın Bolqarıstan, Çexiya, Almaniya, Hollandiya və İspaniyadakı diplomatik nümayəndəliklərini Kabil hökuməti ilə qarşılıqlı əlaqəsini əsas gətirərək bu qərardan kənarlaşdırıb.
Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda nəzarəti bərpa etdikdən sonra bir çox Əfqanıstan səfirlikləri Talibanın nəzarətinə keçib və ya Kabilin əmrinə əsasən fəaliyyətə başlayıb.
Bununla belə, bir çox Qərb ölkələrindəki səfirliklər Əfqanıstan vətəndaşlarına konsulluq xidmətləri göstərərək müstəqil fəaliyyətlərini davam etdirdilər.
Əfqanıstan hökuməti beynəlxalq ictimaiyyət tərəfindən Talibanın qızların və qadınların orta və ali təhsil almaq imkanından məhrumetmə kimi məhdudlaşdırıcı siyasətinə görə tənqid edilib.
Nəticədə hələ heç bir ölkə Taliban hakimiyyətini tanımayıb.