“İranın Oppenheymeri”nin ölümü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
10:56 | 9 sentyabr 2024 | Bazar ertəsi
Məqaləyə 3453 dəfə baxılıb
Şriftin ölçüsü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
“Razılaşdırılmış ad “TRIPP marşrutu”dur”
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əzizi Rusiya və Türkiyənin dəstəklədiyi Zəngəzur dəhlizinin İranın bölgədəki hərbi və siyasi gücünü azaltmaq üçün saxta layihə olduğunu bildirib.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin əleyhinə olduqlarını bəyan edərək, “Zəngəzur dəhlizi içərisində başqa əllərin olduğu saxta bir layihədir. Bir xəyal dalınca gedənləri xəbərdar edirik ki, qəbul etdikləri qərarların nəticələri ağır olacaq və baha başa gələcək”.
Tehran rəhbərliyinin Zəngəzur dəhlizinin əleyhinə olduğunu bildirən Əzizi dəhlizin region ölkələrinin marağında olmadığını, sərhəddə atılan hər hansı addım və dəyişikliyə İranın ciddi şəkildə cavab verəcəyini bildirib.
Əzizi bəzi ölkələrin Böyük Turanın formalaşmasına əsaslanan “xəyalpərəst düşüncə və zehniyyətlərə” toxunaraq, “Əsas etibarilə Zəngəzur dəhlizi saxta bir dəhlizdir və İranın hərbi və siyasi gücündən istifadə etmək üçün mövcud görünür. Bu dəhlizin yaradılması bəhanə ilə İranın bölgədəki nüfuzu azaltmaq istəyirlər. Biz bu illüziyaların arxasınca gedənlərə xəbərdarlıq edirik”.
***
İranın ərazi bütövlüyü və suverenliyini hədəfə alacaq heç bir addıma icazə verməyəcəyini vurğulayan Əzizi bölgədə gərginlik istəmədiklərini, ancaq İranı hədəfə ala biləcək hər hansı təşəbbüs qarşısında səssiz qalmayacaqlarının mesajını verdi.
İranın dini lideri Əli Xameneyinin prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə görüşlərinə toxunan Əzizi bəyanatını bu cümlələrlə yekunlaşdırıb: “Bu görüşlər zamanı biz dəfələrlə region ölkələrinə bəyan etmişik ki, dəhliz məsələsi bizim qırmızı xəttimizdir. Sərhəd rayonlarımızda baş verə biləcək istənilən geosiyasi dəyişikliyə ciddi reaksiya verəcəyimizi bildirdik. Prezidentlikdən və Xarici İşlər Nazirliyindən gözləntimiz ondan ibarətdir ki, Qafqazda baş verən prosesləri və ölkənin milli təhlükəsizliyi üçün mühüm məsələ olan dəhliz məsələsini fəal diplomatiya ilə həll etsinlər”.
***
Əslində İranın qarın ağrısı Türkiyənin regionda artan təsiridir. Fars-Molla rejiminin xəyalpərəst adlandırğı layihə artıq başlayıb və çox yaxın zamanda Türk Dünyasını birləşdirəcək. Əgər Tehran 500 milyonluq bir irqi qarşısına almaq və bir dövlət kimi məhv olmaq istəyirsə, buyursun. Əlindən gələni ardına qoymasın.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.
Bəyanatın şərtinə əsasən, Zəngəzur dəhlizi maneəsiz olmalı və sülhməramlı missiyaya bağlı zaman məhdudiyyəti yoxdur.