vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
14:56 | 21 iyun 2017 | Çərşənbə Məqaləyə 1808 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya müharibəsinə səbəb ola biləcək insident

NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşmaq istədi

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib. TASS-ın verdiyi məlumata görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.

Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcılarından ibarət mühafizə dəstəsi müşayiət edib.

Bu vaxt NATO qırıcılarından biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.

Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.

Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb. (APA)