JAS – üçü birində
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
21:17 | 4 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 405 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Kiçik qızına makiyaj etdirməyən ata və ana valideynlər hüquqlarından məhrum edildi
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
İsveçin xarici işlər naziri Tobias Billström tutduğu vəzifədən istefa verəcəyini və siyasəti tərk edəcəyini açıqlayıb. Naziri “X” sosial media hesabında istefa qərarı ilə bağlı açıqlama verib: “Kədər və qürur qarışığı ilə mən bu gün baş nazirə bildirdim ki, gələn çərşənbə günü parlamentin açılışında xarici işlər naziri postundan və ümumiyyətlə siyasətdən ayrılacağam”.
İstefa qərarını yüngül qəbul etmədiyini bildirən Billström, yazısında bunları qeyd edib: “Son 25 ildə 10-u nazir olmaqla müxtəlif vəzifələrdə çalışmışam. Onu da deyim ki, son iki ildə nazirliyim ərzində əldə etdiyimiz nailiyyətlərə görə çox sevinirəm və fəxr edirəm. İlk növbədə, , uzun və bəzən çətin bir prosesdən sonra İsveç nəhayət NATO-ya daxil oldu. Bir hökumət olaraq Rusiyanın genişlənməsinə qarşı durmaq üçün uzunmüddətli siyasət irəli sürdük. Yaxın Şərqdə də vəziyyət ciddidir və İsveç ilə birlikdə AB, ABŞ və digər ölkələr vəziyyəti sabitləşdirmək üçün mübarizə aparır. Uzunmüddətli perspektivdə yeganə ağlabatan həll yolu iki dövlətli həldir”.
50 yaşlı Billström 2022-ci ilin oktyabrından xarici işlər naziri idi.