vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
22:22 | 1 iyul 2017 | Şənbə Məqaləyə 3433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birləşmiş Krallığa «ərə getmək» çətinləşir

Əksəriyyəti, yaxud 4780 nəfəri iranlılardır.

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Daily Mail» qəzeti yazır ki, ötən il Britaniya əhalisinin 10 faizini xarici vətəndaşlar təşkil edib.

Bu rəqəm 2015-2016-cı illər arasında 6, 4 faiz artaraq 5, 95 milyon nəfərə çatıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının «Miqrasiyaya Baxış» adlı hesabatına görə Britaniyadakı xarici vətəndaşların sayı 2005-ci ildən bəri 5 faiz artıb.

Bu isə o deməkdir ki, miqrasiya bu il azacıq düşməsinə baxmayaraq, hələ də rekord həddində qalır.

Hesabatda deyilir ki, Birləşmiş Krallıqdan qaçqın statusu istəyənlərin sayı ötən il 7 faiz azalaraq 30 min 600 nəfərə düşüb. Bu, 2010-cu ildən bəri ilk azalmadır.

Britaniyadan sığınacaq istəyənlərin əksəriyyəti və ya 4780 nəfəri iranlılardır. Onlardan sonra 3701 nəfərlə pakistanlılar və 3644 nəfərlə iraqlılar gəlir.

Britaniyada yaşayan hər 1 milyon nəfərin hesabına 2016-cı ildə 593 sığınacaq müraciəti düşüb. Bu Avropanın orta rəqəmi olan 1283 nəfərdən iki dəfə azdır.

Açıq qapılar siyasəti yürüdən Almaniya sığınacaq istəyənlərin sayına görə Avropa İttifaqında liderdir. 2016-ci ildə Almaniyada hər 1 milyon nəfər əhaliyə 8952 sığınacaq müraciəti edilib. Avstriya və Yunanıstan üçün bu rəqəm 4500 nəfər olub.

Ən az sığınacaq istənilən ölkə Slovakiyadır. Burada hər 1 milyon nəfər əhaliyə 18 sığınacaq ərizəsi düşür.

2015-ci ildə Britaniyaya miqrasiya axını ən yüksək həddinə çatıb. Həmin il ölkəyə 631 min miqrant gəlib.

Amma burası da var ki, elə həmin il Britaniyada oturaqlıq verilənlərin sayı 2014-cü illə müqayisədə 12 faiz azalaraq 90 min 800 nəfərə düşüb.

Qəzet yazır ki, buna səbəb ailə üzvü statusu ilə ölkəyə gəlmək istəyənlərə daha az oturaqlıq verilməsidir.

İndi ailə üzvü kimi daimi yaşayış icazəsi alanlar, bütün oturaqlıq əldə edənlərin 18, 5 faizini təşkil edirlər. 2014-cü ildə bu rəqəm 32 faiz idi.

Başqa sözlərlə bu o deməkdir ki, Britaniyaya britaniyalının arvadı və ya əri statusunda köçmək xeyli çətinləşir.

Hesabata görə Almaniya və Britaniya rumınların üçdə ikisinin sığınacaq istədiyi əsas ölkələrdir.

Britaniyadan köçənlər üçünsə əsas istiqamətlər Avstraliya, İspaniya, ABŞ, Almaniya və Yeni Zelandiyadır.