vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
19:51 | 26 iyul 2017 | Çərşənbə Məqaləyə 1885 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hamını aldadıb?

Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinin səbəbi açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib. Bu məlumat Ukrayna Miqrasiya Xidməti tərəfindən təsdiqlənib.

Yerli TSN telekanalı bildirir ki, müvafiq qərar «Vətəndaşlıq haqqında» Qanunun 2-ci bəndinin 19-cu maddəsinə əsasən vətəndaşlıq alarkən Saakaşvili tərəfindən anket məlumatlarında yalan informasiyanın verilməsinə görə qəbul edilib.

Mixail Saakaşvili anketi doldurarkən göstərib ki, Ukraynada və ölkənin xaricində onun barəsində istintaq hərəkətləri aparılmır. Lakin məlum olub ki, həmin vaxt Saakaşvili Gürcüstanda qiyabi şəkildə həbs edilib.

Bildirildiyinə görə, Ukrayna Baş Prokurorluğuna Saakaşvilinin vətəndaşlığı barədə sorğunu deputat Andrey Lozovoy yollayıb.