vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
23:16 | 12 avqust 2017 | Şənbə Məqaləyə 2301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maduroya verilən orden əlindən alındı

Argentina hökuməti Venesuela prezidentini «Xilaskar San-Martin»ə layiq görmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Argentina hökuməti Venesuela prezidenti Nikolas Maduronu respublikanın ali dövlət mükafatı - «Xilaskar San-Martin» ordenindən məhrum etmək barədə qərar qəbul edib.

TASS xəbər verir ki, müvafiq fərman Argentina Respublikasının rəsmi bülletenində dərc edilib.

Sənədə əsasən, respublika hökuməti «Xilaskar San-Martin» ordeninin şərəfinə uyğun gəlməyən fəaliyyətinə görə Bolivar Respublikasının prezidenti Nikolas Maduronu ondan istifadə hüququndan məhrum edib.

Argentina hökuməti N.Maduronu əsasən etirazları boğmaq və müxalifətçiləri həbs etmək üçün hərbi resurslardan və məhkəmələrdən əsassız istifadə etməkdə günahlandırır.

Qeyd edək ki, bu orden Argentinanın milli qəhrəmanı general Xose de San-Martinin şərəfinə 1943-cü ildə təsis olunub.