vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
18:17 | 13 sentyabr 2024 | Cümə Məqaləyə 185 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mask solçu liderlərin hədəfində

Kolumbiya prezidenti Petro milyarderi nasist tərəfdarı adlandırıb

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Kolumbiya prezidenti Qustavo Petro amerikalı milyarder, “X” sosial media platformasının sahibi Elon Maskı “nasist tərəfdarı” adlandırıb.

Prezident Petro Quindio inzibati bölgəsindəki çıxışında son zamanlar solçu Cənubi Amerika liderlərinin hədəfinə çevrilən Maskı tənqid edib. Dünyada alternativ imkanlarını göstərən sosial media platformalarının dünyanın ən zəngin adamları tərəfindən satın alındığına diqqət çəkən Petro, “Onların arasında Elon Mask adlı nasist tərəfdarı da var”, – deyib.

Petro, Maskın “X”dəki hesabını "istənilən vaxt" bağlaya biləcəyinə işarə etdi.

Son zamanlar siyasi şərhləri ilə diqqət çəkən Mask tez-tez ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris, Venesuela prezidenti Nikolas Maduro və Braziliya hökumətini hədəf alır.

53 yaşlı iş adamı noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində keçmiş prezident və Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəklədiyini açıqlayıb və digər namizəd Harrisi dəfələrlə tənqid edib.

***

Venesuela prezidenti Maduro ölkəsində iyulun 28-də keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib və amerikalı milyarder Elon Mask Venesueladakı seçkilərin “saxta” edildiyini iddia edib.

Maskın ittihamlarına reaksiya verən Maduro, "Döyüş istəyirsən, Elon Mask? Mən hazıram, Bolivarın oğluyam, Çavesin oğluyam, səndən qorxmuram" deyərək Maska duelə çağırdı.

Maduro həmçinin Venesuelanın əzəli düşməni elan etdiyi Maskı ölkədə zorakılıq törətməkdə ittiham edib.

Mask Maduroya verdiyi cavabda dueldə qalib gəlsə, Madurodan diktaturadan istefa verməsini istəyəcəyini və məğlub olarsa sahibi olduğu “SpaceX” ilə onu pulsuz olaraq Marsa göndərəcəyini bildirib.

Maduro da seçkidə qalib gəldikdən sonra Miraflores Sarayının eyvanından etdiyi çıxışında Milli Seçki Şurasına haker hücumunun arxasında duran şəxsin Mask olduğuna əmin olduğunu iddia edib.

Ötən ayın sonunda Braziliya Ali Məhkəməsi ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verərək sosial media platforması “X”ə girişi qadağan edib.