«Tramp özü üçün danışır»
ABŞ dövlət katibi: «Onun sözlərinə çox da fikir verməyin»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Trampın zəif yeri
Prezident seçkilərində respublikaçıların təkrar qələbəsinə təhlükə yaradan təbəqə
-
“Qarşı tədbirlər görüləcək”
Çinin ABŞ-a cavabı gecikmədi
-
“Onlar odla oynayırlar”
Tramp: “İrana artıq heç bir mesajım yoxdur”
-
“Çox vaxt aparmayacaq”
Tramp İranla müharibədən danışdı
-
Xamneyinin 97 milyard dolları təhlükədə
Tramp bu dəfə 10-luqdan vurdu
-
“Sözünün üstündə dayanır”
Tramp KXDR liderindən “çox isti” mesaj aldığını deyib
-
“Ən yaxşı cavab”
“Ölkəmi nüvəsizləşdirməyə hazıram”
-
OPEK-in qarşısındakı kötük
Ya onun qarşısında diz çökməli, ya da meydan oxunmalıdır
-
50-sindən 16-sı
Donald Tramp məhkəməyə verildi
-
Trampın 26 yalanı
“The Washington Post” yazır ...
-
“5 milyondan artıq yeni iş yeri açmışıq”
Tramp “Ölkədə vəziyyət haqqında” illik məruzə ilə çıxış etdi
-
“Qırmızı düymə” qorxusu
“Nüvə çamadanı”nı Trampın əlindən alırlar
-
“Evdən çıxmayın”
Trampdan amerikalılara çağırış
-
ABŞ siyasətində “Göy dalğa”
Trampın qorxduğu və onu gözləyən kabus
-
Tramp(linin) son pilləsi?
ABŞ-da parlament seçkiləri yaxınlaşır
-
Qalmaqal böyüdü
Vaşinqton Trampı pis vəziyyətə qoyan anonimi axtarır
«The Guardian» qəzetinin yazdığına görə ABŞ dövlət katibi Reks Tillersonun dediyindən belə çıxıb ki, adamlar «prezidentin danışdıqlarına çox da fikir verməməlidirlər».
Onun dediyindən həm də belə başa düşmək olar ki, Şarlottesvill (Charlottesville) şəhərində baş vermiş zorakılıqlar barədə verdiyi reaksiyadan sonra Tramp «Amerika dəyərlərini» təmsil etmir.
Tillerson bazar günü «Fox News» kanalına deyib ki, «prezident özü üçün danışır».
Trump bir nəfərin həlak olduğu və onlarca insanın xəsarət aldığı bu zorakılığın məsuliyyətini «bütün tərəflərin» üzərinə qoyub.
Tillersondan soruşublar ki, belə bəyanatlardan sonra Tramp Amerikanı xaricdə təmsil edə bilərmi?
Tillerson cavab verib: «Mən inanmıram ki, Amerika xalqının dəyərlərinə və Amerika hökumətinin bu dəyərlərə sadiqliyinə kimsə şübhə edir».
Müsahibəni alan Fox News aparıcısı soruşub: «Bəs prezidentin dəyərləri?»
«Prezident öz adından danışır» cavabını verib Tillerson.
Aparıcı dövlət katibindən özünü prezidentdən ayırıb-ayırmadığını da soruşub. Tillerson deyib ki, o eyni hadisə haqqında öz fikrini və Dövlət Departamentinin mövqeyini açıq bildirib.
Qəzet yazır ki, beləliklə Tillerson prezidentin Şarlottesvill hadisəsinə dəyişkən reaksiyasını paylaşmaqdan imtina edən növbəti hökumət nümayəndəsi olub.
Ötən həftə «Financial Times» prezidentin iqtisadiyyat müşaviri Qeyri Kona (Gary Cohn) istinadən bildirmişdi ki, Ağ Ev irqçiliyi daha sərt tənqid etməliydi.
Bu həftə isə müdafiə nazirinin çıxışını göstərən video yayılıb. Ceyms Mattis (James Mattis) orduya müraciətlə bildirirdi ki, «Amerikanın problemi» var və o «ilhamlandırıcı qüvvəsini itirib».
Müdafiə naziri habelə ordunu təmkinlə öz xidmətini davam etdirməyə çağırmışdı.
Bu həftəsonu isə keçşmiş vise-prezident Co Bayden (Joe Biden) yazıb ki, «indi bizim ağ irqçilər və KKK adamları ilə onların nifrətinə qarşı çıxanlara eyni qiyməti verən prezidentimiz var».