
SEPAH-ın terror təşkilatı damğası qorxusu
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
İranda 700 bank zülmətə qərq oldu
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində hədəfə alınanlar arasında ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyi də var.
Tramp deyib ki, yeni sanksiyalar ABŞ pilotsuz kəşfiyyat təyyarəsinin vurulması və "digər bir çox şeylərə" cavabdır.
Qeyd edək ki, bu sanksiyalar paketindən əvvəl iki ölkə arasında gərginlik son həftələrdə daha da yüksəlməkdə idi. Keçən həftə İran Körfəzdə ABŞ pilotsuz kəşfiyyat təyyarəsini vurub salmışdı.
İran xarici işlər naziri Cavad Zərif sanksiyaların imzalanmasından sonra Twitter-də Tramp administrasiyasının “müharibəyə susadığını” yazıb. ABŞ maliyyə naziri Stiven Mnuçin isə deyib ki, Trampın iranlıların "milyardlarla" dollarlarını bloklayacaq əmri Tehranın keçən həftə körfəzdə ABŞ-ın pilotsuz təyyarəsini vurmasından daha əvvəl hazırlanırdı.
Trampın bildirdiyinə görə, bu dəfə Ayətullah Əli Xameneyinin hədəflənməsinə səbəb, onun "rejimin düşmən davranışına şəxsən məsuliyyət daşıması" olub.
“Sanksiyalar Tehrana təzyiqləri artırmaqda davam edəcək",- Trump deyib və əlavə edib ki, İran heç zaman nüvə silahına sahib ola bilməyəcək.
BBC müxbiri Barbara Usher-Plett yazır ki, Ayətullah Əli Xameneyiyə sanksiya qoyulması əhəmiyyətlidir. "O, İranın ali dini Lideridir, İran siyasəti və hərbiyyəsində son söz ona məxsusdur və onun çox böyük iqtisadi gücü var. “Setad” kimi tanınan təşkilatı idarə edən Xameneyi təqribən 95 milyard dollarlıq maliyyəsi ilə biznesə daxil olub.
“Setad” bundan əvvəl də ABŞ sanksiyaları altında idi, lakin Prezident Tramp daha da irəli getdi, Ayətullahla bağlı olan hamını - ehtimal ki, şirkət şuralarında oturanları, yaxud onun çoxsaylı “kölgə hökuməti”ni hədəflədi.
Belə ki, ABŞ administrasiyası artıq mövcud olan nəhəng neft və maliyyə sanksiyaları ilə təzyiqi daha da sərtləşdirir və Tehranın nəticə etibarilə təslim olmaq və danışıqları qəbul etməsini gözləyir.
ABŞ tələb edir ki, İran öz nüvə proqramını və raket istehsalını cilovlasın və tərəfdaş ərəb qiyamçılarına dəstəyi dayandırsın.