vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
20:44 | 5 noyabr 2018 | Bazar ertəsi Məqaləyə 2758 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ siyasətində “Göy dalğa”

Trampın qorxduğu və onu gözləyən kabus

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabah ABŞ-da çox mühüm seçkilər keçiriləcək. Nümayəndələr Palatası tamamilə (435 yer), Senatın isə üçdə biri (35 yer) yenilənəcək, 36 ştatda qubernator seçkisi olacaq.

ABŞ-ın siyasi tarixi göstərir ki, ara seçkilərdə adətən prezidentin partiyası uduzur. (Təbii ki, istisnalar da var.) Amma Tramp gəldikdən bəri iqtisadi inkişafın sürətlənməsi respublikaçıları ümidləndirən əsas amildir. Ötən cümə günü açıqlanan rəqəmlərə görə, ölkədə işsizlik 3,7 faizə enib və bu, 1969-cu ildən bəri ən yaxşı göstəricidir. Oktyabr ayında qeyri-aqrar sektorda 250 min yeni iş yeri yaradılıb. Bir saatlıq qazanc aylıq ortalama 0,2 faiz, illik 3,1 faiz artaraq 2009-cu ildən bəri ilk dəfə 3 faizin üzərinə çıxıb. Tramp seçki kampaniyası boyunca iqtisadiyyatdakı bu pozitiv dinamika ilə qürrələnməklə yanaşı, Honduras-Meksika marşrutu ilə ABŞ sərhədlərinə yaxınlaşan miqrantlarla bağlı problemi də diqqət mərkəzində saxlayaraq öz seçicilərini bu qorxu ətrafında səfərbər etməyə çalışdı, onları səsvermədə fəal iştiraka çağırdı.

Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir. İqtisadiyyatdakı müsbət gəlişmələrə baxmayaraq, ənənəyə uyğun olaraq sabahkı seçkidə müxalifətin Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəyi proqnozlaşdırılır. Bunun üçün demokratlara mövcud yerlərini qoruyub 23 əlavə mandat qazanmaq lazımdır. Senatda isə respublikaçıların öz üstünlüklərini mühafizə edəcəyi gözlənilir. Çünki respublikaçılar hazırkı qüvvələr nisbətini davam etdirmək üçün Senatda cəmi 9 kreslonu qorumalı olduğu halda, demokratlar qalib gəlmək üçün 26 yeri qorumalı, üstəlik əlavə 2 yer qazanmalıdır, bu isə imkansız görünür.

Amma aşağı palatanı itirmək Trampa baha başa gələ bilər. Əgər proqnozlar özünü doğrultsa və “göy dalğa” baş versə, bu, o deməkdir ki, konservativ gündəmi yeritmək mümkün olmayacaq, Tramp istənilən qanunvericilik təşəbbüsü üçün demokratlarla məsləhətləşib anlaşmaq məcburiyyətində qalacaq. Demokratlar prezident haqqında müxtəlif araşdırma komissiyaları yaradıb, onu daimi basqı altında saxlamağa, 2020-ci il prezident seçkiləri öncəsi onu nüfuzdan salmağa çalışacaq. Xüsusi prokuror Müllerin təhqiqatı ciddi nəticələr oraya qoyarsa, impiçment məsələsi də gündəmə gələ bilər.

Beynəlxalq siyasət baxımından Trampın mövqelərinin zəifləməsi təbii ki, ən çox Çini və İranı sevindirəcək. Lakin Rusiya üçün demokratların qələbəsi arzuolunmazdır. Bu halda Rusiyaya qarşı sanksiyaların ağırlaşdırılması yönündə təşəbbüslər əvvəlkindən daha tez müddətdə gerçəkləşəcək, Ukrayna və Gürcüstana dəstək daha da artacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)