vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
11:25 | 1 dekabr 2022 | Cümə axşamı Məqaləyə 9974 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meyxana(çı)lar və yazı(çı)lar

İki oxşar hadisəylə bağlı üç hal

İlqar RƏSUL

MÖVZU İLƏ ƏLAQƏLİ

Proloq

Uzun müddətdir kafe və restoranlara getmirəm. Amma əminəm ki, bu gün getsəm, ən azı 2-3 qələm adamı görəcəm. Həm də imkanlı sayılmayanını. Məlum, qələm əhlinin müntəzəm davam edən bir işi də yığışıb yeyib -içməkdi.


Paradoks

Meyxanaçılar və dinləyiciləri həbsə düşmüş cavan bir meyxana ustasından ötrü dərhal təşkilatlandılar, məhkəmənin qarşısına getdilər, maykalarına, çantalara şəklini vurdular, sözlərini yazdılar, ağıla gələn və gəlməyən vasitələrlə dəstək oldular, hələ məhbəsdə də adamı korluq çəkməyə qoymayacaqlar.

O meyxanaçıları bəyənməyən qələm əhli, oxucular isə (hamıya aid deyil əlbəttə) qazpulunu ödəməyə imkanı olmayan qoca bir yazıçının şəklini FB-yə vurur, bank hesabı paylaşır, haqqında yaxşı sözlər deyir, sonra da gedirlər (evinin qabağına yox əlbəttə), dediyim kimi, imkan daxilində özlərinə korluq verməməyə...


Epiloq

Məncə 100 kitab yazan, filosof, dəyər hesab edilən qocaman bir yazıçı üçün belə ajiotaja dözmək soyuqda qalmaqdan daha çətin olmalıdı.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)