

Aysberqin görünməyən tərəfi
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
Modi Putinlə görüşünü niyə təxirə salıb?
Minsk müharibəyə qoşulacaqmı?
Rusiya-Belarus danışıqlarının gizlinləri
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
Qurbanlar öz cəlladları ilə əlbir olurlar
Müharibənin taleyini həll edəcək ikinci həmlə
ABŞ-ın narazı qaldığı məqam
Duma deputatının dediklərinə görə hətta ruslar da utandılar
“Qırmızı kvadrat”la işarələnmiş zirehlilərin görüntüləri yayılıb
Putin “Patriot” raketləri xəbərlərinə YARS-la cavab verib
Keçən illə müqayisədə 45 faiz artım var
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
“The New York Times” Çeçenistan liderinin idmançılarla əlaqələrini araşdırır
Dünən Türkiyədə Ukrayna taxılının dünya bazarına çıxarılması üçün BMT-nin vasitəçiliyi ilə mühüm anlaşma imzalandı.
Bu anlaşmada Türkiyə rəhbərliyinin müsbət rolunu ayrıca qeyd etmək lazımdır. Limanlarda qalmış bütün taxılın ixracı mümkün olarsa, Ukrayna təxminən 10 milyard dollar gəlir əldə edəcək ki, bunun indiki vəziyyətdə nə qədər həyati dərəcədə önəmli olduğunu izah etməyə ehtiyac yoxdur.
Lakin sənədin mürəkkəbi qurumadan Rusiya bu gün Odessa limanına raket zərbələri endirdi. Buraxılan 4 “Kalibr” qanadlı raketindən 2-si vurulsa da, 2-si limana düşüb. Ukraynanın 22 milyon ton taxılının əksəriyyəti məhz bu limanın anbarlarında qalıb. Bir daha təsdiqləndi ki, Rusiya ilə imzalanan hər hansı anlaşma, mərhum Dudayev demişkən, suya yazılan yazı kimidir.
Rusiyada bu gün terrorçu rejim bərqərar olub. Müasir dünya Ukraynanı ciddi şəkildə silahlandırmağa davam etməlidir ki, terrorçu rejimin ən azı Ukraynanın içərisində əzilməsi və oradan qovulması təmin olunsun. Bu, tamamilə mümkün variantdır və Ukraynanın belə bir gücü var. (Zatən cəbhədə artıq dönüş anı yaxınlaşmaqdadır).
Dünən hörmətli prezident Ərdoğan müharibənin dərhal dayandırılması ilə bağlı çağırış etdi. Bu, şübhəsiz ki, humanist bir istəkdir, lakin hazırkı durumda savaşın dayandırılması Ukraynaya qətiyyən lazım deyil. Elə bil ki, Qurtuluş savaşında Kütahya-Eskişehir məğlubiyyətlərindən sonra Atatürkü müharibəni dayandırıb, masaya oturmağa çağırırsan. Halbuki cəmi ikicə ay sonra qarşıda Sakarya zəfəri var. İndi atəşkəs Rusiyaya lazımdır ki, nəfəs dərsin və cəbhəyə yeni qüvvələr daxil etmək üçün zaman qazansın.
Taxıl danışıqlarında atəşkəs məsələsi də gündəmə gəlmişdi, lakin Ukrayna bunu rədd etdi. Rusiya anlaşmanı imzalayıb, dünyaya, xüsusən Ukrayna taxılının əsas müştəriləri olan Orta Şərq və Afrika ölkələrinə sülhsevər, humanist qiyafəsində görüntü verməyə çalışsa da, bugünkü bombardman onun gerçək simasının və Ukraynanın təslimiyyəti rədd etməsindən duyduğu qəzəbin göstəricisidir.