
“Hindistanı həll edəcəyik”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
4 mindən çox kənd su altında
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Hər iki ölkə iqtisadi əlaqələri gücləndirmək istəyir
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Münasibətlərin normallaşmasına qərar verilib
ABŞ Rusiya neftindən qazananları fürsətçilikdə günahlandırır
Hindistanda sağlamlıq böhranı təhlükəsi ilə qarşı-qarşıya
Gözlənildiyi kimi, Hindistanla Pakistan arasında toqquşma baş tutdu. Əvvəlki yazılarda da qeyd edirdim ki, bu toqquşma qaçılmazdır. Niyəsini bir qədər açım: məlum terror aktından sonra Hindistan tərəfi sanki bəhanə axtarırmış kimi davranmağa başladı. Pakistan tərəfinin birgə komissiya, hətta tərəfsiz üçüncü ölkələrin araşdırmaya qoşulması təklifini rədd etdi. Bununla paralel olaraq Hindistan tərəfi ordunu tam döyüş səviyyəsinə gətirdi və Pakistan sərhədinə canlı qüvvə, texnikalar, artilleriya vasitələri cəmləşdirdi.
Bundan əlavə, Hindistan tərəfi hətta Pakistana yaxın ərazilərdə mülki əhalini silahlandıraraq özünümüdafiə dəstələri yaratdı və onlara hərbi təlimlər keçməyə başladı. Paralel olaraq Pakistan da aviasiya vasitələrini ölkənin mərkəzinə cəmləşdirdi. Qərargahın hədəf kimi götürdüyü ərazilərə tez çatmaq üçün aviasiya vasitələrini istiqamətlər üzrə böldü. Həmçinin sərhədə canlı qüvvə, texnikalar, artilleriya vasitələrini cəmləşdirdi. Tərəflər faktiki olaraq toqquşma üçün hər addımı atdı. Yəni tərəflərin bir-birini hədələməsi blef deyildi, çünki sahədə təhdidlərin altını doldurmaqla məşğul idilər. Ona görə də qeyd edirdim ki, bu toqquşmanın olmaması sürpriz olar. Bundan əlavə, heç bir beynəlxalq qurum, heç bir böyük dövlət tərəfləri sülhə çağırmırdı. Əksinə, böyük dövlətlər hansı tərəfin yanında olacağını göstərməklə məşğul idilər. Yalnız Türkiyə bir neçə bəyanatla tərəfləri masa arxasına dəvət etmişdi. Ancaq sözügedən dövlətləri masa arxasına gətirmək Türkiyənin gücü xaricindədir.
Hindistan proqnozlaşdırıldığından təxminən 24 saat sonra “Sindoor” əməliyyatına start verdi. Gözlənildiyi kimi, Hindistan aviasiya vasitələrindən və ballistik raketlərdən istifadə edərək Pakistan ərazisinə zərbələr endirdi. Hindistan tərəfinin əməliyyatla paralel verdiyi bəyanatda deyilirdi ki, onlar Pakistanın hərbi obyektlərini hədəf almayıblar. Açığı, bu, özünü sığortalamaqdan başqa bir şey deyildi. Pakistan da Hindistanın hərbi əməliyyatını cavabsız qoymadı. Əməliyyatın ilk günü olaraq Pakistan tərəfi Hindistana aid 3 “Rafale”, 1 “MiQ-29” və 1 “SU-30” hərbi təyyarələrini zərərsizləşdirdiyini bəyan edib. Pakistan müdafiə naziri isə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 6 qırıcı təyyarəni vurduqlarını və Hindistan ordusunun 15-ci korpusunun 9-cu diviziyasının 12-ci piyada briqadasının qərargahını məhv etdiklərini bəyan edib. Pakistan tərəfi də etiraf edib ki, Hindistan 9 obyekti vurub.
Toqquşmadan dərhal sonra yalnız Çin tərəfləri danışıqlara dəvət edib və atəşkəsə çağırıb. Digər ölkələrin bəyanatı isə “narahat olduq”dan o yana keçməyib desək, səhv etmiş olmarıq.
Toqquşmanın böyük müharibəyə keçmə ehtimalı hər zaman var. Ancaq Pakistan da bildirir ki, əgər Hindistan əməliyyatları dayandırsa, onlar da dayanacaq. Qısacası baş verənlərin böyük müharibəyə keçib-keçməyəcəyi Hindistandan asılıdır. Əməliyyatlar başlar-başlamaz Hindistan tərəfinin 6 hərbi təyyarə itirməsi onları bir qədər çəkingən davranmağa vadar edir.
Sahədə olanlar onu deməyə əsas verir ki, proses hələ yekunlaşmayıb. Hər iki ölkənin çox böyük hərbi potensialı olduğunu nəzərə alsaq, ilkgünkü itkilər həlledici ola bilməz.
Hindistan tərəfinin atdığı addımlar və Pakistan tərəfinin çevik reaksiyası onu deməyə əsas verir ki, total müharibə ehtimalı indiki mərhələdə çox az görünür.
Səxavət MƏMMƏD