
Xruşşovun baş tutmayan “DineyLand” istəyi
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
Alyaska seçimi ABŞ-ın Rusiyaya açıq mesajıdır
Tramp: “Zirvədən sülh çıxmasa, Rusiyaya sanksiya tətbiq edəcəyəm”
Kreml: “Tramp, ən ağır problemlərin həllində fərqli yanaşma sərgiləyir”
Tramp: “Zirvəyə Avropa liderlərini də dəvət edə bilərəm”
Ukrayna bütün görüşlərdə masada olmalıdır
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
AB liderləri Trampı Rusiyaya güvənməməyə çağırdı
Alyaska görüşü Hindistanı Ukraynadan daha çox maraqlandırır
ABŞ-ın Rusiyadan pulla aldığı torpaqlarda hər iki ölkənin prezidentləri üz-üzə gəlir
Saxta şirkət quran ukraynalılar xüsusi partlayıcı hazırlayıblar
Alyaska görüşündə həmən ciddi irəliləyiş gözlənilmir
Tramp və Putin arasında barış görüşməsi
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
Avropa ölkəsi ABŞAvropa ölkəsi ABŞ ilə 3,8 milyardlıq müqavilə imzaladı ilə 3,8 milyardlıq müqavilə imzaladı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Bütün müharibələr kimi, Rusiya-Ukrayna müharibəsi də bir formada bitməlidir. Rusiya qarşısında qoyduğu strateji hədəfə 3 il ərzində, demək olar ki, çata bilmədi. Ukraynanın da heç bir planı baş tutmadı. Müharibə uzun zamandır ki, sürünən fazada davam edir. Heç Qərb də istədiyinə tam şəkildə nail olmadı. Rusiya dağılmadı, Putin devrilmədi, Rusiya çökmədi. Belə olan halda, bu yorucu, milyardlarla dollara başa gələn müharibə dayanmalı idi. Hətta iddia olunur ki, təkcə Qərb bu müharibəyə görə 2 trilyon xərcə düşüb.
Rusiya Ukrayna müharibəsinin uzanması onsuzda pozulmağa meylli olan İkinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamını pozdu. BMT-nin isə heç nəyə yaramayan bir qurum olduğu ortaya çıxdı. Hətta Ukrayna müharibəsinin dayandırılması üçün ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşünə belə BMT nümayəndəsi dəvət edilmədi. Böyük dövlətlər dolayısı BMT-yə yerini göstərdi ki, get, iqlimlə, xəstəliklərlə başını qat.
Trampın hakimiyyətə gəlişi ilə ABŞ-ın hədəfləri də açıq şəkildə ortaya çıxdı. Tramp göstərdi ki, o başqa dövlətlərin maraqları üçün əlini daşın altına qoymayacaq. Ukrayna-Rusiya müharibəsi ABŞ-ın digər regionlardakı planlarını həyata keçirmək üçün başını qatır, ləngidir. Ona görə də dayanmalıdır. Tramp birinci dönəmində də NATO ilə bağlı müəyyən fikirlər səsləndirmişdi. Görünən odur ki, Tramp qaldığı yerdən davam edir, edəcək də. Reallığa baxsaq, ABŞ-yə NATO lazımdır? ABŞ NATO-suz da istədiyi regiona hərbi baza yerləşdirə bilir. Əslində, ABŞ-dən əvvəl Avropa İttifaqı ölkələri öz təhlükəsizliyi barədə düşünməli idilər. Hər şeyin vahidini yaradan Avropa İttifaqı ordusunu da yaratmalı idi. Düzdür, bu iddia uzun zamandır ki, ortalıqda var, sadəcə olaraq avropalılar seyid cəddinə arxayın olan kimi, NATO-ya arxayın idi. Zelenski Avropa İttifaqı ordusunu yenidən gündəmə gətirdi və bildirdi ki, ordunun əsası da Ukraynadan təşkil olunsun. Zelenski bir şeyi unudur ki, Ukrayna Avropada yerləşsə də, Avropa üçün onlar “ikinci sort” sayılır, hətta yad. Avropa İttifaqı ölkələrinin rəhbərləri və NATO baş katibi görüş keçirir, oraya ABŞ-ın dəvət almaması anlaşılandır, ancaq Türkiyə dəvət olunmur. Avropa Türkiyəni bufer kimi görür və ən kritik anda özündən saymır və saymayacaq da. Əgər Avropa İttifaqı vahid ordusunu yaradacaqsa, o zaman NATO kimə və nəyə lazım olacaq? Ümumiyyətlə, NATO-nun SSRİ dağılandan sonra bir təşkilat kimi qalmasının özü də məntiqsiz idi. Sadəcə olaraq avropalılar ABŞ-dən öz təhlükəsizliyini qorumaq üçün geninə-boluna istifadə etdilər.
Rusiya-Ukrayna müharibəsi bir növ Birinci Qarabağ müharibəsini xatırladır. Ermənilərin gücü yox idi ki, əlavə torpaq işğal etsinlər, Azərbaycanda da o təpər yox idi ki, torpağını işğaldan azad etsin. Məhz bu mərhələdə son dərəcə ağır şərtlərlə Azərbaycan tərəfi məcbur oldu ki, atəşkəs müqaviləsinə imza atsın.
ABŞ-Rusiya nümayəndə heyəti Ukrayna müharibəsini həll etmək üçün görüş keçirdi. Ukrayna prezidenti əvvəlcə görüşə qatılacağını bəyan etsə də, sonradan Ər-Riyada getmək yerinə Ankaraya üz tutdu. Ərdoğan Zelenskiyə nə deyib, bilmirəm, ancaq Türkiyə prezidenti Ukraynalı həmkarına “İstanbul görüşündə bundan daha az itki ilə, daha yüngül şərtlərlə müharibəni bitirə bilərdin” deyibsə, sonuna qədər haqlıdır.
Artıq Ukraynada da siyasətçilər dilə gəlməyə başlayıblar və Zelenski ağır şəkildə tənqid olunur. Zelenski bildirir ki, Ukrayna 1991-ci ildəki sərhədlərinə çıxmalıdır. Qanla alınanı heç bir ölkə peşkəş etməz. Qanla da geri qaytarmalısan. Sual yaranır ki, Ukraynanın o torpaqlara çıxmağa gücü, qüvvəsi, potensialı var? Hazırkı Ukraynanın qətiyyən yoxdur. Ukrayna hərbi baxımdan SSRİ-dən ən güclü çıxan ölkələrdən biri idi. Rüşvət, korrupsiya, talançılıq Ukraynanı dilənçi vəziyyətinə salıb. Ukrayna öncə bundan dərs çıxarmalıdır.
Hazırda sahədə sürünə-sürünə olsa da, Rusiya hər gün Ukraynanın bir-iki yaşayış məntəqəsini işğal edir. Ukraynanın nəinki 1991-ci ildəki sərhədlərinə çıxacaq gücü yoxdur, heç müdafiə olunmaq qabiliyyəti də istənilən səviyyədə deyil.
Hazırkı ABŞ-ın təşəbbüsü elə Rusiya üçün də göydəndüşmədir. 3 il davam edən müharibə Rusiyanı yorub. Bundan əlavə, digər regionlarda gedən proseslərə Rusiya müdaxilə edə bilmir. Ona görə də Rusiya prosesə həvəsli görünür.
Rusiya-Ukrayna müharibəsi necə bitəcək, bunu görəcəyik. Hər halda, sahədə qazananın masada da əli güclü olacaq. Ancaq Rusiya-Ukrayna müharibəsinin bitməsi müharibələrin bitməsi anlamına gəlməyəcək. Əksinə, daha şiddətli müharibələr üçün hazırlığa start veriləcək.