
Rusiyada səfərbərlik
160 min nəfərin orduya cəlb edilməsi gözlənilir
160 min nəfərin orduya cəlb edilməsi gözlənilir
Tramp bu dəfə Putini və İranı hədələyib
ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı yeni saziş müqavilənin detalları məlum oldu
”ABŞ Ukrayna ilə 19-cu əsrdəki koloniyası kimi davranır”
Prokofyevanın gödəkçəsində “Press” əvəzinə “Z” yazılmışdı
Şimali Koreya Rusiyaya daha 3000 əsgər göndərib
Mərkəzi Kəşfiyyat İdarəsinin direktorundan ABŞ-a Ukrayna xəbərdarlığı
“Limanlara və ödəniş sistemlərinə çıxışı yaxşılaşdırmağa kömək edəcək”
Danışıqlarda razılıq əldə edilib
... Yaxud niyə siyasi mövzudakı şərhlərimiz bir az gülməli olur?
Rusiyanın “kölgə donanmasına” aid gəmi Almaniyada saxlanılıb
Macarıstanın baş naziri Viktor Orbandan Avropa Birliyinə xəbərdarlıq
“Ukraynada sülhməramlıların yerləşdirilməsi NATO ilə Rusiya arasında birbaşa münaqişə riski yaradar”
Rusiya – Ukrayna müharibəsi. atəşkəs, yoxsa sülh?
ABŞ mətbuatının yazdığına görə, Tramp və Putin arasında görüş “məhsuldar” olub
Fransalı siyasətçi ABŞ-a hədiyyə edilən simvolu tələb edir
Hər işdə nəticə çox önəmlidir. Bəzən ciddi nəticə əldə edə bilməyənlər, yaxud hiyləgər olanlar nəticəni arxa plana ata, özünə ehtiyac limitini artıra bilirlər. Bunu insanlara da, dövlətlərə də şamil etmək olar. Rusiya-Ukrayna müharibəsinin uzanması iddia olunurdu ki, Rusiyanın çöküşünə gətirib çıxaracaq. Bunu heç şübhəsiz Rusiya tərəfi də bilirdi. Ona görə də Rusiya iqtisadiyyatını hərbi iqtisadiyyata çevirdi. Rusiya tərəfi bilir ki, hərbi iqtisadiyyata keçid etməklə həm öz istəyinə çata biləcək, həm də bir neçə il bu iqtisadiyyata ehtiyacı olacaq. Belə ki, boşaldılmış silah-sursat anbarları dolmalıdır. Bunun özü də illərlə vaxt alacaq.
Bundan əlavə, müharibə bitəcəyi təqdirdə, Rusiya yenidən silah bazarına geri dönəcək. Eləcə də Ukrayna ərazisində müəyyən hədlərə çıxaraq, müdafiə sistemi qurmaqla əldə etdiklərini qorumağa başladı. Gücü çatdığı qədər isə yeni yaşayış məntəqələri tutdu və buna davam edir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nə qədər ağır olsa da, ruslar sanksiyaları yara bildilər. Qərblə Rusiya arasında isə ticarət olduğu kimi davam edir, hətta araşdırmalara görə bəzi sahələrdə bu ticarət dövriyyəsi genişlənib də. Ancaq bu ticarət birbaşa yox, dolayı yolla aparılır.
Yəni ağıllı dövlətlər və iş adamları böyük pullar qazanmaqdadır. Sanksiyalara qədər Rusiya bazarında monopoliyalar mövcud idisə, artıq kim hansısa bir məhsulu Rusiya bazarına gətirə bilirsə, rahatlıqla girə bilir. Müharibənin uzanması ilə Rusiya özünə ehtiyacı artırmağa başladı. Ukrayna tərəfi də işğalı, təcavüzü qoyaq bir kənara, Qərb ölkələrini inandıra bilmişdi ki, onlardan sonra növbəti hədəf Avropa ölkələridir. Rusiyaya qarşı birləşmək, habelə məsələnin Ukrayna ərazisindən kənara çıxmaması üçün addımlar atılırdı. İlk bir il ərzində heç kim verdiyi pulun, göndərdiyi silahın hesabatını tələb etmirdi. Hər kəs ülvi bir şey üçün addım atdığını düşünürdü. Proses uzandıqca və sahədə heç bir nəticə əldə olunmadıqca, artıq sorğu-suallar da başlamış oldu. Müharibənin ikinci ili tamam olmazdan, Qərb mediasında verilən vəsaitin başqa yerlərə getməsi yönündə yazılar dərc olunmağa başladı. Hətta pulların yeyilməsi, məmurların Avropada bahalı villalar alması barədə araşdırmalar da aparıldı. İstər-istəməz, insan nə qədər dəstək olur olsun, əgər ortada nəticə yoxdursa, hesabat istəməyə başlayır.
Qərb ölkələrinin bəlkə də ən böyük səhvi müharibənin ilk ilində məsələni bitirməməsi oldu. Yəni Rusiya ordusu zəif, reform getməmiş, döyüş qabiliyyəti çox aşağı bir vaxtda hansısa ölkələr qoşun göndərə və Rusiyanı həm sahədə, həm də masada məğlub edə bilərdilər. Ukraynalı bəzi zabitlər Qərb mediasına verdiyi müsahibələrdə açıq şəkildə deyirdilər ki, müharibənin ilk 6 ayındakı Rusiya ordusu ilə bir il sonrakı Rusiya ordusu arasında böyük fərq yaranmışdı. Səbəb Rusiya tərəfinin reformu həyata keçirməsi idi. Zəif vaxt qoşun göndərməyib, indiki məqamda qoşun göndərmək heç nəyi dəyişməyəcək. Müharibə görmüş ən zəif əsgərlə, müharibə görməmiş ən güclü əsgər arasından seçim etsəm, mütləq müharibə görmüş zəif əsgəri seçərəm.
Rusiya Suriya məsələsində də özünə ehtiyacı artırdı. Bunu isə hərəkətsizliklə etdi. Suriyadan Rusiya hərbi bazalarının çıxarılması yönündə fikirlər səsləndiriləndə də yazırdım ki, region dövlətləri özləri imkan verməyəcək Rusiya çıxsın. Rusiya da bilirdi ki, əgər onlar çıxacaqsa, yerlərini Türkiyə hərbi bazaları dolduracaq. Bu isə İsrailin və İranın maraqlarına zidd olacaqdı. Təsadüfi deyil ki, BMT-də Rusiya əleyhinə qətnamə qəbul ediləndə, qətnamənin əleyhinə səs verən ölkələrdən biri də İsrail idi.
Burada iki səbəb ola bilərdi: birincisi, İsrail Türkiyənin Suriyada genişlənməsinin qarşısını almaq üçün sonradan dilə gətirəcəyi niyyət, ikincisi isə Rusiya yəhudiləri. İsrail açıq şəkildə bəyan edir ki, Rusiya hərbi bazları ərazidə qalmalıdır. Hətta Türkiyənin 3 hərbi baza qurmasını belə ABŞ-yə şikayət edir. Türkiyə İsrailin, İsrail isə Türkiyənin genişlənməsini istəmir. Belə olan halda, hər iki tərəfin razılaşacağı xarici qüvvə Rusiya olacaq.
Sual yaranır, Rusiya-Ukrayna müharibəsi bu hədlərdə bitərsə, qazananı kim olacaq? Rusiya-Ukrayna ərazisinin, hətta 30 faizini öz ərazisinə qatmış olsa belə, qalib olmayacaq. Çünki 70 faizlik Ukrayna Avropa Birliyinə qatıla bilər. Bundan əlavə, ABŞ şirkətlərinin Ukrayna ərazisinə girməsi elə Ukraynanın təhlükəsizlik qarantı sayılmırmı? Rusiya niyə qalib sayılmayacaq? Çünki əvvəllər 100 faiz Ukraynaya təsir edə bilən ölkə 30 faizlə kifayətlənəcəksə, bu qələbə sayıla bilməz. Əslində, ABŞ-nin məhz bu səbəbdən israrçı olduğunu düşünürəm. İndiki Rusiya propaqandası bunu qələbə kimi təqdim edə bilər, ancaq illər keçdikcə, məsələnin mahiyyəti ortaya çıxdıqda, indiki Rusiya hakimiyyəti ağır tənqidlərlə üzləşəcək. Ona görə də bu hədlərdə bitəcək müharibənin əbədi olacağını düşünmürəm…
Səxavət MƏMMƏD