Bazarlıq baş tutmadı
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
17:57 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 247 dəfə baxılıb
Şriftin ölçüsü
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
AB Komissiyası Prezidenti Ursula von der Leyen Rusiya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşa və Avropanın hava məkanını pozduğunu vurğulayaraq, qitənin şərq qanadındakı ölkələrin təhlükəsizliyi üçün müşahidə missiyası yaradılacağını açıqladı.
Avropa Parlamenti (AP) Plenar Sessiyasında illik “Birliyin vəziyyəti” çıxışında von der Leyen, Ukraynada davam edən müharibə kontekstində Avropanın müdafiəsinə də toxundu.
“Bu, Avropanın müstəqillik anı olmalıdır. Öz müdafiə və təhlükəsizliyimizi təmin etmək birliyimizin missiyasıdır”, – deyən von der Leyen, Ukraynada müharibənin ədalətli və davamlı sülhlə sona çatmalı olduğunu vurğuladı.
Von der Leyen, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilmiş zirvəyə istinad edərək, “Alyaskadakı görüntülər asanlıqla həzm olunmurdu. Lakin yalnız bir neçə gün sonra Avropa liderləri Ukrayna Prezidenti Vladimir Zelenskini dəstəkləmək və öhdəliklər götürmək üçün Vaşinqtona getdilər. Ondan sonra real irəliləyiş əldə olundu”, – deyib.
Könüllülər Koalisiyasında yer alan 26 ölkənin keçən həftə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olacağını öhdəsinə götürdüyünü xatırladan von der Leyen, “Bu müharibəni sona çatdırmaq üçün bütün diplomatik səyləri dəstəkləməyə davam edəcəyik, amma hamımız Rusiyanın diplomatiya ilə nə demək istədiyini gördük. Putin, Prezident Zelenski ilə görüşməkdən imtina edir”, – deyib.
Von der Leyen qeyd edib ki, Rusiya müharibənin başlanğıcından bəri Ukraynaya ən çox PUA və ballistik raket buraxıb: “Bu gün 10-dan çox Rusiya PUA-sının Polşa və Avropa hava məkanını kobud və misli görünməmiş şəkildə pozduğuna şahid olduq. Avropa Polşa ilə tam həmrəydir”.
Rusiya ilə danışıqlar masasına daha çox təzyiq göstərilməsinin vacibliyini vurğulayan von der Leyen, 19-cu sanksiya paketi üzərində işlərin davam etdiyini bildirdi.
6 milyard avroluq kreditlə Ukrayna ilə “PUA İttifaqı”
Von der Leyen Ukrayna ordusu üçün “Qualitative Military Edge” (Keyfiyyətli Hərbi Üstünlük) adlı yeni proqram başladacaqlarını, təhlükəsizlik zəmanətlərinin ilk addımı kimi Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi veriləcəyini açıqladı.
“Sənaye gücümüzdən istifadə edərək Ukraynanın bu PUA müharibəsinə qarşı mübarizəsini dəstəkləyə bilərik”, – deyən von der Leyen, 6 milyard avroluq kreditin təmin olunacağını və Ukrayna ilə “PUA İttifaqı”na giriləcəyini elan etdi.
“Baltik dənizindən Qara dənizə qədər, Avropanın şərq kanadının bütün Avropanı təhlükəsiz saxladığına şübhə yoxdur. Buna görə, ‘Şərq Kanadı Müşahidəsi’ vasitəsilə şərq kanadımıza dəstəyə yatırım etməliyik”, – deyə Von der Leyen bildirib.
Beləliklə, Avropaya müstəqil strateji imkanlar qazandırmaq məqsədi güdüldüyünü bildirən von der Leyen Baltik dənizindən Qara dənizə qədər bütün sərhədin effektiv şəkildə izlənəcəyini qeyd etdi.
Von der Leyen genişlənmə ilə bağlı mesaj verərək, “Daha böyük və güclü birlik hamımız üçün təhlükəsizlik zəmanətidir. Çünki Ukrayna, Moldova və Qərbi Balkanların gələcəyi birliyimizdədir. Avropanın növbəti yenidən birləşməsini həyata keçirək”, – deyib.