Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:54 | 22 yanvar 2014 | Çərşənbə
Məqaləyə 3286 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Bazar günündən başlayaraq Kiyevdə xalq yenidən meydanlara axışıb. Polislə nümayişçilər arasında şiddətli qarşıdurmalar baş verib.
Toqquşmalarda polis rezin güllələrdən, qaz bombalarından da istifadə edib. «Maydan» hərəkatı artıq küçə döyüşünə çevrilib. Bununla bağlı interpress.az politoloq Fərhad Mehdiyevdən münasibət öyrənib.
Politoloq bildirib ki, Ukraynada baş verən «Maydan» hərəkatı bir müddət əvvəl sakitləşmişdi, ancaq indi yenidən alovlanmağa başlayıb. Bunun səbəbi Rusiyanın bölgədəki aktiv siyasəti, Macarıstana 10 milyard dollar pul verməyə hazırlaşmasıdır. Rusiyanın apardığı siyasət Qərbin yadına saldı ki, artıq nəsə etmək lazımdır. Qərbdə belə bir anlayış var ki, Rusiya Ukraynasız yenidən imperatorluğunu qura bilməyəcək. Ukrayna Qərb üçün çox vacib bir ölkədir və onu Rusiyaya vermək istəmirlər. Qərb Ukraynanı yenidən Avrointeqrasiya kursuna qoşmaqda maraqlıdır.
Ölkədə vətəndaş müharibəsi təhlükəsi var. Ukraynada Qərb tərəfdarları qədər Rusiya tərəfdarları da çoxluq təşkil edir. Ukrayna hökuməti Rusiya tərəfdarlarını meydana çağırsa, vətəndaş müharibəsi başlayacaq, ancaq hələ ki, Ukrayna hökuməti bu addımı atmır. Ukraynada baş verən hadisələrin isə regiona heç bir təsiri gözlənilmir. Kiyevdə «Maydan» hərəkatının yenidən alovlanacağı əslində gözlənilən bir hadisə idi, çünki Ukraynanın Avorointeqrasiya məsələsi gündəlikdə idi. Yanukoviç hökuməti 8 yeni qanun qəbul etmək və bəzi qanunlarda dəyişiklik aparmaqla maksimal dərəcədə avtoritarlaşmaq istədi. Bu isə müxalifət düşərgəsində əks effekt yaratdı.
Politoloq Ərəstun Oruclunun fikrincə, Ukraynada vətəndaş müharibəsinin başlaması silahlı qüvvələrin parçalanıb-parçalanmamasından asılıdır. Silahlı qüvvələrin bir hissəsi xalqın tərəfinə keçdiyi və «Maydan» hərəkatına qoşulduğu təqdirdə silahlı qarşıdurma olmayacaq: «Bu cür hadisələrdə silah o zaman işlədilir ki, qarşı tərəfin əlində silah olmasın. Qarşı tərəfin əlində də silah olanda bu, artıq silahlı tərəflərin məsuliyyətini artırır. Kliçkonun çağırışı bu dəfə çox ciddi effekt verəcək və bəzi güc strukturları Kliçkonun tərəfinə keçəcək. Ola bilsin bu, indi yox, növbəti mərhələdə baş versin».
Ərəstun Oruclu onu da dedi ki, ekspertlər düşünür ki, Moskvanın mövqeyi Ukraynada getdikcə zəifləyir. 2-3 il bundan əvvəl bütöv şərqi Ukrayna Rusiyanın tərəfində idisə, «Maydan» hərəkatı başlayanda Donetskdə və digər Şərq bölgələrində hərəkata dəstək aksiyası keçirildi. Bu, Rusiyanın mövqeyini itirdiyini göstərirdi. Ukraynanın Avrointoqrasiya yolu tutacağı və ya Rusiyayönümlü olacağını ölkə əhalisinin iradəsi müəyyən edəcək. «Ukraynada baş verən hadisələrin regiona təsiri ola bilər , ancaq bunun hamısı nəticələrdən asılıdır. «Maydan» hərəkatı qalib gələcəksə, şübhəsiz, bu, digər ölkələrə də təsirsiz ötüşməyəcək».