
Bakının mövqeyi dəyişməyib
Azərbaycan davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə isti yanaşmır
Azərbaycan davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə isti yanaşmır
... Yaxud Araik niyə tam səmimi ola bilmir?
Əslində, bütün ermənilərin və Ermənistan dövlətinin denasifikasiya olunmasına ehtiyac var...
Ətrafımızda baş verənləri dəyərləndirmənin sadə bir düsturu var ...
Azərbaycan və İsrail aralarında imzalanan sazişlə əlaqələri gücləndirir
Tehran Bakıya proksi müharibədən və İrəvana dəstəkdən məhrum edilir
“Müharibə zamanı baş qərargah rəisi bir nəfərə – ölkənin rəhbərinə tabe olur”
Sülh prosesini ləngitməyə çalışan tərəf məhz Rusiyadır
Bakı niyə əlində olan üstünlükləri İrəvana verməlidir ki, ...?
... və Paşinyanın yaratmaq istədiyi “üçbucaq”
Ermənistan ordusu son 3 gündə mütəmadi olaraq atəşkəsi pozur
Bakının Qarabağ adlı dərdi yoxdur, Bakı azaddır
Azərbaycanın D-8-ə üzvlüyü rəsmiləşdi
Timsah göz yaşlarına heç bir əhəmiyyəti olmadı
400-ə yaxın siyasətçi Bakıda dünya nizamını müzakirə edir
Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulması mütəmadi hal alıb. Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir. Məsələ ondadır ki, Azərbaycan tərəfi rəsmi olaraq Ermənistan ordusunun atəşkəsi pozduğunu bəyan edəndə qarşı tərəf bunu təkzib edirdi. Ancaq şərti sərhəd istiqamətində yaşayan ermənilər sosial şəbəkələrdə baş verənləri yazdıqdan, videolar paylaşdıqdan sonra Ermənistan məcbur olub atəşkəsin pozulmasını etiraf etdi.
Bu region hazırda sülhdən daha çox müharibəyə yaxındır. Proseslərin bu həddə gəlib çıxacağı əvvəldən, hər iki dövlətin hərbi xərclərini rekord həddə çatdırmasından məlum idi. Əgər üfüqdə toqquşma görünmürdüsə, müharibədən yorğun düşən hər iki dövlət niyə görə hərbi xərcləri o həddə çatdırırdı? Ermənistanın ilkin mərhələdə silahlar alması anlaşılan idi. Çünki itirdiklərini bərpa etmək məcburiyyəti var idi. Ancaq Ermənistanın mərhələli şəkildə silah alışını artırması, təhlükəli silahlar sifariş etməsi onu deməyə əsas verir ki, məsələ təkcə məcburiyyət yox, həm də gələcəkdə baş verəcəklərə hazırlıq üçün idi. Bizim cəmiyyətdə nədənsə “Ermənistan silahlanır” xofu daha çox yayılır, ancaq Azərbaycan tərəfi də boş durmayıb. Azərbaycan tərəfi nəinki adekvat silahlar alır, hətta aviaparkını da yeniləməyə vaxt və imkan tapdı.
Qlobal aləmdə baş verən proseslər onu deməyə əsas verir ki, sülhdən çox uzağıq. Tərəflər sülhlə bağlı müəyyən mənada müsbət, pozitiv mesajlar verir, ancaq müəyyən bir yerə gəlib çatanda dalana dirənir və yenidən başa dönürlər. Bu, o deməkdir ki, sülh müqaviləsinin imzalanması tərəflərdən asılı deyil. Əslində, çözülməyəcək düyünlər yoxdur, sadəcə olaraq müəyyən bir yerdən sonra prosesin irəliləməsi tormozlandırılır. Təbii ki, belə məqamda tərəflər bir birini ittiham edəcək, ancaq reallıqlar bu coğrafiyanın taleyinin hələ həll olmadığını deyir.
Bəzən deyirlər, “Rusiya yenidən Cənubi Qafqaza təsirini artırıb”, ancaq Rusiyanın ciddi şəkildə Cənubi Qafqazla bağlı hərəkətə keçdiyini demək mümkün deyil. Düzdür, yumşaq gücdən istifadə açıq şəkildə hiss olunur, ancaq Rusiya sərt gücdən hələ ki istifadə etmir. İranla ABŞ-ın toqquşması üçün isə bütün addımlar atılır. Görünən odur ki, Cənubi Qafqazı yaxın gələcəkdə daha ağır günlər gözləyir.
Cənubi Qafqaz ölkələrinin ən böyük problemi dünya bu coğrafiyaya vahid baxsa da, regiondakı üç ölkənin hərəsinin bir yana baxmasıdır. Yaxın gələcəkdə bu ölkələrin vahid şəkildə hərəkət edəcəyi də gözlənilən deyil. Ona görə də region ölkələri özünü, varlığını sığortalamaq üçün addımlar atır. Qlobal aləmdə baş verən proseslər onu deməyə əsas verir ki, kiçik dövlətlərin edəcəkləri səhv onların mövcudluğunu sual altına qoya bilər. Burda ən önəmli məsələ səni sığorta edəcək gücü düzgün seçmək və iradə göstərmək olacaq.
İrana ediləcək hücum təkcə qaçqın axınına görə regiona təhlükə yarada bilməz. İrana ediləcək hücum regiona sözün hər mənasında təhlükə yarada bilər. Regional təhlükəsizlik, təxribatlar qaçılmaz olacaq. Nəzərə alsaq ki, İran regionda uzun illərdir şəbəkə qurub, bunun ağır nəticələrini də görə bilərik. İsraillə Azərbaycan arasındakı münasibətlər İranı hər zaman qıcıqlandırıb. Əgər ABŞ və İsrailin İrana hücumu olacaqsa, bu Azərbaycana təsirsiz ötüşməyə bilər. Ona görə də İrandan sığortalanmaq üçün Azərbaycan müəyyən addımlar atmalıdır və atdığını da deyə bilərik.
Son zamanlar atəşkəsin mütəmadi pozulması halları yox, Ermənistan tərəfinin şərti sərhəd istiqamətinə qoşunlar cəmləşdirməsi, müdafiə xətlərini gücləndirməsi, kəşfiyyat xarakterli addımlar atması toqquşma ehtimalını artırır. Bundan əlavə, tez-tez yüksək rütbəli erməni zabitlərinin şərti sərhəd istiqamətdə peyda olması həm də ərazi kəşfi kimi də qiymətləndirilə bilər. Baş verən bütün prosesləri hazırlıq mərhələsi kimi qiymətləndirə bilərik. Həmçinin Azərbaycan tərəfi də adekvat addımlar atır. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfindən panika yoxdur, Azərbaycan ordusu aramla, döyüş qabiliyyətini artırmaq üçün addımlar atır.
Hazırda baş verənlərin inkişaf xətti dəyişdirilməsə, toqquşma qaçılmaz ola bilər.