

Qazaxıstanla Rusiya arasındakı çətinliklərin həlli Tokayev üçün yeni məsələ deyil, amma ...
Bolat Nazarbayev Karuan şirkətini qanunsuz ələ keçirməkdə günahlandırılır
Qazaxıstan prezidenti dəyişən dəngələrin fərqindədir
Putinin gözü qarşısında nüfuzu yerlə bir oldu
Liman sularında II Dünya müharibəsindən qalma minalar “tapılıb”
Qazaxıstan prezidenti vəzifədə olduğu müddətdə heç bir mükafat almaq istəmir
Tokayev: “Onda gərək dünyada 500-600 dövlət olaydı”
Tokayev: “BMT-nin iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir”
Moskva üzərinə Qərb sanksiyaları Tokayevi də “iki od arasında” qoyub
Ukrayna və Rusiyadan alınacaq vaksin çatışmazlığı var
Müharibə başlayandan Türkiyə və Çin bölgədə fəaliyyətini hiss olunacaq dərəcədə gücləndirib
Qazaxıstanın sabit inkişafı və müstəqil xarici siyasəti türk dövlətləri üçün vacibdir
Yeni dəyişikliklər Nazarbayevi əksər imtiyazlardan məhrum etdi
56 dəyişikliyə 77 faiz “hə” dedi
Qazaxıstandakı referendum prezident seçkisinin repitisiyasıdır
Ölkənin əsas qanunu dəyişdirilir, Nazarbayevlə bağlı düzəlişlər var
Tokayev Sankt-Peterburq forumunda Ukraynanın şərqindəki qondarma respublikaları kvazidövlətlər adlandırıb. Qazaxıstan prezidenti bilavasitə Putinin yanında, Rusiya prezidentinin sevimlisi Marqarita Simonyanın moderatorluq etdiyi müzakirədə bəyan edib ki, DNR, LNR, Abxaziya və Cənubi Osetiyanı tanımayacaqlar.
Tokayev bir neçə gün öncə RBK-ya müsahibəsində bildirmişdi ki, Qazaxıstan bundan sonra Rusiya ilə münasibətləri Qərbin sanksiya rejiminə uyğun quracaq, çünki Rusiyaya görə öz ölkəsini sanksiya riskinə məruz qoya bilməz. Qazaxıstanda rus dilində təhsilin vəziyyəti ilə bağlı suala isə Tokayev belə cavab verdi ki, ölkədə qazax dilinə maraq və tələbat artır. Yəni ki, bizim üçün dövlət dili prioritetdir və öz ölkəmizdə rus dilində təhsilin populyarlaşdırılması ilə məşğul olmayacağıq.
Yadınızdadırsa, Qazaxıstandakı yanvar hadisələri zamanı bizdə belə fikirlər yayılırdı ki, Nazarbayev millətçi siyasət apardığı üçün Rusiya ondan məmnun deyil və bu səbəbdən hakimiyyət dəyişikliyi həyata keçirir. O zaman qeyd etmişdik ki, Nazarbayevin Rusiyanı məmnun etməyən ayrı-ayrı addımları ola bilər, amma ümumən onun Moskvanın maraqlarına meydan oxuyan hər hansı siyasəti yoxdur və Tokayev dövründə Qazaxıstanın xarici siyasəti "Elbaşı" dövrü ilə müqayisədə daha rusiyayönümlü olmayacaq, bu sahədə kardinal dəyişiklik gözləmək lazım deyil.
İndi görürük ki, Tokayev həqiqətən Qazaxıstanın suverenliyinə, qazax milli identikliyinin qorunması və möhkəmləndirilməsinə nəinki ən azı Nazarbayev qədər önəm verir, hətta daha müstəqil və cəsarətli siyasət yeridir.
Şübhəsiz ki, Tokayevi cəsarətləndirən əsas amil Ukrayna savaşının qlobal çapda yaradacağı yeni geosiyasi/geoiqtisadi reallıqlar, bunun nəticəsində Rusiyanın strateji gücünün və nüfuzunun getdikcə azalacağı və məhdudlaşacağı gerçəyidir. Tokayev Qazaxıstanı formalaşmaqda olan yeni beynəlxalq konyuktura uyğunlaşdırmaq istiqamətində siyasət qurur.