Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:54 | 6 iyul 2022 | Çərşənbə
Məqaləyə 1452 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Dünən Rusiyanın Novorossiysk məhkəməsi “ekoloji qaydaların pozulması” səbəbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir ay dayandırıb. Qazaxıstanın ixrac neftinin böyük qismi - üçdə ikisindən çoxu məhz bu konsorsiumun Novorossiysk limanındakı terminalı vasitəsilə dünya bazarına çıxarılır.
Ümumiyyətlə, Ukrayna savaşı başladıqdan və bununla bağlı Qazaxstanın mövqeyində Moskvanı qane etməyən məqamların təzahüründən sonra Xəzər Boru Kəməri Konsorsiumu ətrafında qəribə hadisələr baş verir. Martın sonları terminalın 3 liman qurğusundan (выносное причальное устройство) ikisinin fəaliyyəti “qasırğadan zərər gördükləri” səbəbi ilə dayandırılıb və onların fəaliyyəti 1 ay sonra bərpa edilib. Bu müddətdə təbii ki, qazax neftinin ixracında ciddi (gündəlik ixracın 80 faizi həcmində) azalma baş verib.
İyunun 15-də dənizdə “İkinci Dünya müharibəsindən qalmış minaların aşkarlanması” səbəbi ilə yenə 3 liman qurğusundan ikisinin fəaliyyəti 5 iyul tarixinə qədər dayandırılıb. Üçüncü dayandırılma qərarı isə elə həmin gün (5 iyul) – bu dəfə məhkəmə müstəvisində verilərək hər üç qurğuya şamil edilib və 30 sutka qüvvədə olacaq.
Maraqlıdır ki, məhkəmə qərarından bir gün əvvəl – iyulun 4-də prezident Tokayev Avropa Birliyinin prezidenti Şarl Mişel ilə telefon danışığında Qazaxıstanın Avropa bazarında vəziyyəti stabilləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə (yəni bazara əlavə neft çıxarmağa) hazır olduğunu həmsöhbətinin diqqətinə çatdırıb. Digər önəmli məqam isə budur ki, Qazaxıstan Maliyyə Nazirliyi iyunun 8-də sanksiya altına düşən məhsulların Qazaxıstan vasitəsilə Rusiya və Belarusa çatdırılmasının qadağan olunmasına dair əmr layihəsi hazırlayaraq bunu rəsmi sayta yerləşdirib. Rusiya tərəfi bu məsələyə məhz bu gün – bir ay sonra rəsmi münasibət bildirməyi uyğun görüb. Peskovun dilindən səslənən mövqe məzmun baxımından standart olsa da, məhkəmənin Qazaxıstan neftinin ixracını bloklayan qərarından dərhal sonra ifadə edilməsi təsadüf sayıla bilməz.
Bütün bunlar Rusiya-Qazaxıstan münasibətlərində böhran olmasa belə, ən azı sıxıntıların olduğunu göstərir. Rusiyanın Mərkəzi Asiyadakı maraqları və onun yürütdüyü Avrasiya inteqrasiyası prosesləri baxımından açar dövlət olan Qazaxıstanın müstəqil və balanslı xarici siyasət yeritməyə çalışması Moskvanı məmnun etmir. Tokayevin Rusiya tərəfindən rəsmən tanınan DNR və LNR-i Putinin yanında “kvazi dövlətlər” adlandırması Moskvada qıcıq doğurub. Bu baxımdan qazax neftinin ixracına problemlər yaradılması Astanaya xəbərdarlıq siqnallarıdır.
Eyni zamanda, Qərbin Rusiya neftinə embarqo və yuxarı qiymət həddi tətbiq etməyə hazırlaşdığı bir dövrdə Rusiya onun infrastrukturu ilə Qazaxıstanın öz neftini bazara çıxarmasında və boşluğu az da olsa doldurmasında maraqlı deyil.
Qazaxıstan isə bölgədə Rusiya maraqlarının ötürücüsü rolunu oynamağı qəbul etmir, çoxvektorluluq əsasında həm Çin, həm də Qərblə əlaqələrini inkişaf etdirmək istəyir. Ölkənin ən iri xarici ticarət tərəfdaşlarından biri və 1 saylı ixrac bazarı Avropa Birliyidir, ən böyük investorlarından biri isə ABŞ-dır. Qazaxıstan öz xarici və iqtisadi siyasətində bu faktoru nəzərə alır.
Sonda onu da qeyd edək ki, “Elbaşı” Nazarbayev 32 il hakimiyyətdə olmasına baxmayaraq, bu müddətdə ölkənin strateji məhsulunun ixrac marşrutlarını diversifikasiya etməyib və bu sahədə Rusiya kimi güvənilməz və təhlükəli partnyordan asılılığı saxlayıb.