Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
20:03 | 25 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 1104 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Ukrayna ordusunda çinlilər də döyüşür
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
ABŞ dövlət katibi Blinken və müdafiə naziri Ostinin Kiyevə səfəri ilk növbədə ciddi siyasi-mənəvi dəstək nümayişidir. Amma təkcə bu deyil.
Səfər zamanı ABŞ-ın Ukraynaya daha 322 milyon dollarlıq silah-sursat göndərəcəyi açıqlanıb. Blinken bildirib ki, Ukraynaya silah dəstəyi yekun uğur əldə edilənə qədər davam edəcək. Ostin də Polşada jurnalistlərə açıqlamasında analoji bəyanat verib, ancaq onun cümlələrində bir məqam diqqətimi çəkdi. General Ostin Ukraynadan danışarkən “biz” şəxs əvəzliyindən istifadə edir: “Qələbəyə ilk addım qələbəyə inanmaqdır. Biz inanırıq ki, qalib gələ bilərik, onlar qalib gələ bilər - əgər düzgün dəstək və düzgün vasitələr olarsa. Biz əlimizdən gələn hər şeyi etməyə hazırlaşırıq və edirik”.
Sabah ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasında vəziyyətlə bağlı 20-dən çox dövlətin təmsilçilərinin iştirakı ilə qapalı toplantı keçiriləcək. Toplantıda Ukraynanın hazırkı mərhələdə və müharibədən sonra silahlandırılması məsələsi müzakirə olunacaq.
Rusiya Ukraynanın silahlandırılmasının tempindən və daxil olan silahların keyfiyyətindən ciddi şəkildə narahatdır. Artıq bu mərhələdə gəlməkdə olan silah sistemləri (155 mm-lik M-777, M-109, AS-90, “Caesar”, “Panzerhaubitze” artilleriya qurğuları) Ukraynanın bu sahədə Rusiyadan üstünlüyünü təmin edəcək. NATO mərmiləri dəqiqliyinə və dağıdıcı gücünə görə rusiyalı analoqlarından üstündür. Hələ peykdən idarə olunan “Excalibur” mərmiləri var ki, bunlar hazırda dünyanın ən dəqiq artilleriya mərmiləri sayılır. Lakin Rusiyanı narahat edən başlıca məqam bu da deyil.
Moskva özü üçün aydınlaşdıra bilmir ki, bu proses harada dayanacaq. Tutaq ki, bu gün Ukraynaya taktiki dronlar verilirsə, sabah Moskvaya qədər uçub-qayıtmaq qabiliyyətində olan MQ-9 “Reaper” kəşfiyyat-zərbə dronları verilsə, nə olacaq? Yaxud Rusiyanın Ukrayna ətrafındakı bütün aerodromlarını, hərbi hissələrini, silah-sursat və yanacaq anbarlarını, Sevastopoldakı Qara dəniz donanmasının qərargahını və limandakı hərbi gəmilərini dəqiqliklə vuracaq raketlərin Ukraynaya verilməyəcəyinə təminat varmı?
“Ukrayna bunu eləməz, birdən Putin əvəzində nüvə raketi atar” deyə düşünmək artıq keçərli və inandırıcı deyil.
Bütün qırmızı xətlər aşılıb.
Ukrayna üçün qorxu divarı yıxılıb...