vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
17:47 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 1156 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makronun ritorikasında dəyişiklik

Krımın öz sahibinə qayıdacağı halda, Putin nəinki sifətini, başqa hissələrini də itirər

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Almaniya və İtaliya baş nazirləri ilə bərabər Kiyev vilayətinin İrpen şəhərini ziyarət edən Fransa prezidenti bildirib ki, Ukrayna müharibədə qalib gəlməlidir.

Sitat: “Ukrayna müqavimət göstərməli və qələbə qazanmaq gücündə olmalıdır”.

Adının çəkilməsini istəməyən fransız diplomat isə CNN-ə deyib ki, Ukraynanın hərbi qələbəsinə Krımın geri qaytarılması da aid edilməlidir. “Ukrayna prezidenti Zelenski özü müəyyən etməlidir ki, müharibədə hərbi qələbə nədən ibarət olmalıdır. Biz Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün bərpasını ehtiva edən bütöv qələbənin tərəfdarıyıq. Çünki söhbət hamımızın təhlükəsizliyindən gedir”, – deyə diplomat bəyan edib.

Sabah Avropa Komissiyasının Ukraynaya Avropa Birliyi üzvlüyünə namizəd statusu verilməsi ilə bağlı rəsmi tövsiyə qərarını açıqlayacağı gözlənilir. Bu rəy iyunun 23-24-də keçiriləcək AB zirvə toplantısında müzakirəyə çıxarılacaq və böyük ehtimalla təsdiqlənəcək. Bu, tarixi qərar olacaq, amma üzvlüyün tez müddətdə gerçəkləşəcəyini gözləmək lazım deyil. 

AB zirvəsinin ardınca keçiriləcək G-7 və NATO sammitlərində Ukrayna prezidenti Zelenski də iştirak edəcək.

Son həftələr Putinin sifətini qorumağın vacibliyini vurğulayan  Makronun ritorikasındakı dəyişikliyin səbəbi nədir?

Əvvəla, biz anlamalıyıq ki, demokratik ölkələrdə liderlərin ağzından çıxan hər söz dövlətin rəsmi mövqeyi və hökumətin rəsmi qərarı olmaya da bilər. Bu ölkələr plüralist toplumlardır, dövlət adamları da bir çox halda aktual məsələlərə dair öz subyektiv qənaətlərini bölüşür. Həmin qənaətlər rəsmi qərar şəklini ala da bilər, almaya da. (Bu, Makronun “Putinin sifəti” ilə bağlı dediklərinə də aiddir, Ukraynada bu gün söylədiklərinə də.)

İkincisi, Makronun Putinin sifətini düşünməsi Avropa və ABŞ ictimai rəyində dəstək qazanmadı və ciddi tənqidlərə məruz qaldı. Rusiya Avropa və ABŞ-dakı agentura şəbəkəsini və simpatizanlarını hərəkətə keçirsə də, onlar hələ ki ukraynayönümlü ictimai rəyi dəyişməkdə çətinlik çəkirlər. (Amma bəzi tərəddüdlər və suallar yaratmağa nail olublar).

Üçüncüsü, Ukrayna dövləti hər hansı ərazi güzəştinə getməyəcəyini qəti şəkildə bəyan edib və döyüş meydanındakı vəziyyət də Kiyevi belə bir güzəştə vadar etmir. Bəzi Qərb hökumətləri Ukraynanı güzəştlərə razı salmaq istəyə bilər, amma Kiyevin qəbul etmədiyi şəraitdə onu zorla, basqı ilə buna məcbur edəcəkləri inandırıcı deyil.

Dördüncüsü, Ukrayna ordusunun şiddətli müqaviməti; Rusiyanın Donbasda - lokal bir ərazidə üstün qüvvələr toplamasına rəğmən, 2 aydır regionun inzibati sərhədlərinə çıxa bilməməsi və orada ağır itkilərə məruz qalması; Ukrayna xalqının nə qədər itki və dağıntılar olursa olsun, mübarizə əzmini itirməməsi və müharibəni torpaqların azad edilməsinə qədər davam etdirməyə dair iradə ortaya qoyması çox mühümdür. Hətta bunu başlıca faktor adlandıra bilərik. Qərb həm müharibəni, həm də Ukrayna toplumunun əhval-ruhiyyəsini çox yaxından, real rejimdə izləyir və müvafiq nəticələr çıxarır.

Bu müharibədə Rusiyanın qələbəsi variantına inanmadığımı ilk günlərdən söyləyirəm və həmin fikrimdə qalıram. Sadəcə olaraq, müharibənin nə qədər davam edəcəyi və Ukraynanın qələbəsinin hansı miqyasda - bütöv, yoxsa yarımçıq olacağı ilə bağlı hələ ki qeyri-müəyyənlik var. Fransız diplomatın yuxarıdakı sitatına baxmayaraq, Qərbin Xerson geri qaytarıldıqdan sonra Krımın da hərbi yolla azad olunması üçün Ukraynaya dəstək verib-verməyəcəyi hələ aydın deyil, çünki bunun ciddi riskləri ola bilər. Krımın öz sahibinə qayıdacağı halda, həqiqətən Putin nəinki sifətini, bədəninin başqa hissələrini də itirər...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)