vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:07 | 17 iyun 2022 | Cümə Məqaləyə 1090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstan hazır deyil...

İnqilab ehtimalını da istisna etmək olmaz

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstana Avropa Birliyi üzvlüyünə namizəd statusunun verilib-verilməməsi barədə tövsiyə qərarını elan edib.

Komissiya iyunun 23-də toplaşacaq AB liderlər zirvəsinə rəsmən tövsiyə edib ki, Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu verilsin. (AB sammitinin qərarından sonra bu barədə yazarıq).

Gürcüstanla bağlı qərar isə fərqli olub. Komissiya bu ölkəyə üzvlük perspektivi verilməsini tövsiyə etsə də, Gürcüstanın namizədliyə hazır olmadığı qənaətinə gəlib. Komissiya Gürcüstan hökuməti qarşısında siyasi və vətəndaş cəmiyyəti sahəsində vəziyyəti yaxşılaşdırmaqla bağlı şərt qoyub.

Bu qərar gözlənilən idi. Gürcüstanda son illər demokratiya və insan haqları sahəsində geriləmə baş verib. Seçkilər dürüst keçirilmir, siyasi təqiblər var, ölkənin keçmiş prezidenti, islahatçı kimi tanınan Saakaşvili həbsdədir. Ötən ay ölkənin ən məşhur jurnalisti Nika Qvaramiyanın həbsi isə ümumiyyətlə, hökumətin avrointeqrasiya kursuna sadiqliyinə əsaslı şübhələr yaradır. Əvvəlcə Avropa Birliyinə üzvlük üçün rəsmi müraciət edib, sonra ən tanınmış müxalif jurnalisti həbs etmək yalnız təxribat kimi qiymətləndirilə bilər.

“Gürcü Arzusu” ilə Qərb arasında qarşılıqlı etimadsızlıq mövcuddur. Avropa Parlamenti qəbul etdiyi qətnamədə Avropa Birliyini Bidzina İvanişviliyə sanksiya tətbiq etməyə çağırıb. Hələ sanksiya tətbiq olunmasa da, artıq Qərbdə İvanişvilinin bank əməliyyatlarına problemlər yaradılır.

Əgər hökumət Avropa Komissiyasının şərtlərini yerinə yetirməsə və ciddi yumşalmalara getməsə, Gürcüstanda gərginlik artacaq. Hətta inqilab ehtimalını da istisna etmək olmaz.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)