
“Fransisin islahatları davam edəcək”
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Kilsə tarixində iz qoyacaq seçki başladı
Gizlilik andı alındı, seçki başladı
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Vatikanın bacası quruldu, nəzərlər tüstüyə dikildi
Məşhur rejissor Skorseze mərhum Papa haqqında film çəkəcək
Papa öldü, avro sikkələr dəyər qazandı
Korrupsiyada ittiham olunan kardinal mərhum Fransisin tələbini yerinə yetirib
90 səs toplayan kardinal növbəti Papa elan olunacaq
Roma Papası Fransisk növbəti dəfə dünya müharibəsindən danışıb. Dini lider deyib ki, hazırda Ukraynada dünya müharibəsi gedir və bu müharibə tezliklə bitəcək müharibəyə oxşamır, çünki bu dünya müharibəsidir.
Bu barədə İspaniyanın “ABC” qəzetinə müsahibəsində danışan qoca pontifik bu ilin yayında verdiyi başqa bir müsahibəsində də məhz Ukraynada gedən döyüşləri nəzərdə tutaraq demişdi ki, “Dünya müharibə vəziyyətindədir. Üçüncü Dünya müharibəsi başlayıb. Mən bir neçə il öncə düşünürdüm ki, biz Üçüncü Dünya müharibəsini qismən yaşayırıq. Ancaq indi mənim üçün Üçüncü Dünya müharibəsi artıq od saçır”.
Lakin Papanın bu etirafı yarımçıqdır. Çünki Üçüncü Dünya müharibəsi yalnız Ukraynada cərəyan etmir. Bir qədər dəyişik formada bu müharibə hazırda Suriyada, Liviyada, Yəməndə, Malidə, Sudanda, Kəşmirdə (Pakistan-Hindistan), Əfqanıstanda, İraqda da gedir.
Elə bu gün səhər saatlarında Kərkükdə (İraq) baş verən güclü partlayış da Üçüncü Dünya müharibəsinin bir fraqmentidir.
Artıq yeddinci gündür erməni separatçılarının və Ermənistan dövlətinin bizim ərazilərimizdəki ekoloji terror və iqtisadi talançılığı əleyhinə Laçın-Xankəndi yolunda davam edən aksiyaya Fransanın, Kanadanın, Rusiyanın, ABŞ-ın və hətta Litva kimi “cırtdan” dövlətlərin də sərgilədikləri fahişə münasibəti onu göstərir ki, biz də öz iradəmizdən asılı olmayaraq Üçüncü Dünya müharibəsinin bir parçasına çevrilmişik.
Papa bunlara da münasibət bildirməliydi. Lakin çox təəssüf ki, xristianların dini lideri yalnız Ukrayna ilə kifayətlənib. O, bu gün dünyanı müharibəyə sürükləyən qüvvələrin kimliyi barədə bir kəlmə də danışmayıb.
Əslində Üçüncü Dünya müharibəsinin başlanmasında Papa özü də günahkardır. Çünki “ikili standart”lar prinsipi ilə hərəkət edir, suçlunun suçunu demir, açıqlamır. Məsələn, Fransisk indiyə qədər bir dəfə də olsun, erməni faşizmini, erməni terrorizmini və Ermənistan dövlətinin işğalçı siyasətini ittiham etməyib. Elə əvvəlki Papalar da erməni vəhşiliklərinə göz yumublar. Onların rəğbəti həmişə ermənilərin tərəfində olub.
Lakin Rusiya-Ukrayna müharibəsi isə hazırkı Papanın ən sevimli mövzularından biridir. Bunun da xüsusi səbəbləri var.
P.S.: Yeri gəlmişkən, Roma Papası bu fotoşəkildə rusların qətliam törətdiyi Buçadan göndərilən Ukrayna bayrağını öpür. Ermənilərin Xocalıda törətdiyi qətliamdan isə bəlkə də heç xəbəri yoxdur.