
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
İlk dəfə Kubada 2016-cı ildə, 20-dən çox Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşının kəllə sümüyündə uğultu və sıx təzyiq, ürəkbulanma və başgicəllənmədən şikayətləndiyi üzə çıxıb. Təsirə məruz qalan diplomatlar üzərində aparılan araşdırma zamanı onların beyin zədəsinin müəyyən formada olduğunu, lakin səbəbini müəyyən edə bilmədiklərini müəyyən edilib.
Sindromun səbəbi ilə bağlı yekun ekspert rəyinin olmamasına baxmayaraq, tədqiqatın həmmüəlliflərindən biri mikrodalğalı silahları “əsas şübhəli” hesab edib. Rusiyadan yayılan xəbərlərdə bu sirrin ifşa olunması iddiası dünya gündəmində zəlzələ effekti yaradıb.
Rusiya müstəqil yayımı “The Insider” və “CBS” tərəfindən dərc edilən birgə araşdırmaya görə, "Havana sindromu" olaraq da bilinən amma tam izah edilməmiş anormal sağlıq hadisəsinin mənşəyi Rusiyanın xarici hərbi kəşfiyyat agentliyi (GRU) tərəfindən istifadə edilən yönəldilmiş enerji silahlarının tətbiqindən qaynaqlana bilər.
Məlumata görə, Rusiya hərbi kəşfiyyatının (QRU) 29155-ci bölmə kimi tanınan birləşməsinin üzvləri yoluxdurucu vasitələri ABŞ personalının olduğu yerə yerləşdirib.
“Insider”in “60 Minutes” və Almaniyanın “Der Spiegel” jurnalı ilə birgə bir il davam edən araşdırmasında 29155-ci bölmənin yüksək rütbəli üzvlərinin “öldürücü olmayan akustik silahların” hazırlanmasına görə mükafatlar və təltiflər aldığı bildirilir.
“İnsider”in xəbərlərində Havana Sindromu simptomlarının ilk halının 2016-cı ildən əvvəl baş verə biləcəyinə dair məlumatlar da yer alıb.
2021-ci ildə ABŞ Konqresi Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ-ın digər dövlət qurumlarına vəzifə yerinə yetirərkən xəstəlikdən əziyyət çəkən işçilərə və onların ailələrinə ödəniş etmək səlahiyyəti verən Havana Aktını qəbul etdi.
Bu günə qədər Vyetnam, Avstriya, İngiltərə, Kuba və Çində, eləcə də Vaşinqton bölgəsində onlarla insanın bu simptomlardan şikayət etdiyi bildirilir.
Təhqiqat altında olan yüzlərlə araşdırma olsa da, onların arasında casuslar, diplomatlar, əsgərlər və digər ABŞ rəsmiləri üstünlük təşkil edir.
Xəstəliyin əsas əlamətlərinə miqren ağrısı və başgicəllənmə daxildir. Xəstəlikdən əziyyət çəkən ABŞ rəsmilərindən bəziləri Avstriyanın paytaxtı Vyanada işləyir.
Qeyd edək Vyana uzun illərdir ki, Avropada diplomatik fəaliyyətin mərkəzi kimi tanınır. Soyuq müharibə illərindən bəri casusluq və kəşfiyyat agentlərinin xidmət mərkəzi kimi də tanınır.