Sanksiyalar strateji mahiyyət kəsb edir
Rusiyanın hər hansı inkişaf perspektivi yoxdur, amma ...
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Rusiya xarici borc öhdəlikləri üzrə ödənişlərini həyata keçirə bilməyərək defolt oldu. Əslində süni şəkildə defolt etdirildi demək daha doğrudur, çünki Rusiyanın pulu var, sadəcə olaraq Qərb maliyyə sistemindən təcrid edildiyi üçün xarici valyutada ödəniş həyata keçirə bilmir.
Defolt o deməkdir ki, həmin ölkənin borc cəlb etmək imkanları məhdudlaşır və ya qeyri-mümkün hala gəlir, kredit reytinqləri kəskin aşağı düşür və bütün bunlar ümumi iqtisadi inkişafa neqativ təsir göstərir. Rusiya ilə bağlı bütün bu hallar artıq mövcuddur, bu səbəbdən defolt elan olunmaq dərhal hansısa radikal dəyişiklik yarada bilməz. Amma borc sahiblərinin hüququ var ki, pullarını almaq üçün məhkəmələrə müraciət edib, dünyanın müxtəlif yerlərində Rusiya dövlətinə məxsus əmlaka həbs qoydursunlar. Ümumilikdə isə bu fakt ölkənin etibarlı maliyyə-kredit və ticarət tərəfdaşı kimi reputasiyasına vurulmuş növbəti zərbədir.
Başqa bir önəmli hadisə G-7 ölkələrinin Rusiya qızılına sanksiya tətbiq etməsidir. Qızıl (qiymətli metallar) Rusiyanın ixrac strukturunda enerjidən sonra ən çox gəlir gətirən 2-ci bölmədir. Rusiya 2021-ci ildə 302,2 ton qızıl satıb və 17,4 milyard dollar gəlir əldə edib, bu qızılın 266,1 tonunu (15,4 milyard dolar) təkcə Britaniya alıb. İndi tez-tez deyirlər ki, Rusiyanın ixrac məhsullarını Qərb almayacaqsa, Çin və Hindistan alacaq, nə fərqi?
Fərqi var. Əvvəla, bu dövlətlər fürsətdən yararlanaraq ciddi endirim tələb edirlər və Rusiya öz malını dünya qiymətlərindən daha ucuza satmağa məcbur olur. Yəni alıcıların dairəsi ciddi şəkildə daraldığı üçün mal sahibi onlardan asılı duruma düşür, qiyməti qarşı tərəf diktə edir. Digər tərəfdən, Rusiyanın Çindən asılılığı getdikcə artır ki, bu da Çin və ABŞ-la bərabərhüquqlu, eyni çəkili qlobal oyunçu qismində çıxış etmək iddiasında olan və Ukrayna avantürasını həm də bu səbəbdən törədən imperial güc üçün xoşagəlməz, arzuolunmaz durumdur.
Rusiyaya qarşı sanksiyalar sırf Ukrayna məsələsi ilə bağlı deyil – o mənada ki, Ukrayna məsələsinin çərçivəsi ilə məhdudlaşmır. Ukraynada sülh əldə edilməsi yalnız yeni sanksiya qərarlarının qəbulunu dayandıra bilər, əvvəl tətbiq olunmuş sanksiyaların qısa müddətdə ləğvinə səbəb ola bilməz. Sanksiyalar strateji mahiyyət kəsb edir və Rusiyanın geosiyasi, geoiqtisadi, hətta geomədəni izolyasiyasına hesablanıb. Qlobal xammal (enerji) və silah bazarları yenidən format olunur və Rusiyanın hər iki bazardan sıxışdırılmasına başlanılıb. Enerji bazarında dominant mövqeyə malik olması və silah bazarında aparıcı mövqelərdən birini tutması Moskvanın təsir imkanlarını artıran əsas amillər idi. İndi bu bazarlarda onun mövqelərinin zəifləməsi həmin təsir alətlərinin tədricən əlindən çıxmasına səbəb olacaq.
Sanksiyalar daha çox orta - uzunmüddətli perspektivə hesablanıb və qısa vədədə Rusiya kimi böyük dövlətin iflasına səbəb ola bilməz. Amma neqativ tendensiyalar artıq müşahidə olunur. Rusiyanın idxalatı, ixracatı, daxili istehlakı, əhalisinin gəlirləri aşağı düşür. İş adamları, sahibkarlar önünü görə bilmir və investisiya iştahaları azalır, əhali isə xərcləmək istəmir və qənaətə yönəlir. Bütün bunlar Rusiya iqtisadiyyatı və ümumilikdə cəmiyyətində depressiv əhvalın yaranmasına səbəb olacaq. Demoqrafik böhran, əmək resurslarının azalması və Ukrayna müharibəsindən sonra sürətlənən “beyin axını” da bir tərəfdən...
Rusiyanın hər hansı inkişaf perspektivi yoxdur, amma çox təəssüf ki, cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi, ətraf ölkələrə də zərər vurmağa davam edir.