
Hərbi təyyarə istehsalı dayanır
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
13 saatlıq saat qurşağı olan ərazisində dünyadakı bütün kimyəvi elementlər var, amma ...
Ukrayna ABŞ rəsmisini nazirliyə çağırıb
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Hər müstəqil addım onun gözündə xəyanətdir
Müsəlmanlar Rusiyada “sevimli” hədəfdir
Rusiya “SU-35” qırıcılarının növbəti partiyasını istehsal etdi
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
“Qitələrarası raketlər istehsal edən zavod genişlənir”
Kreml üçün ikili vəziyyət yaranır
Harpiyalardan Aslanlara qədər
Şlosberq Ukrayna ilə bağlı söylədiyi fikirlərə görə saxlanılıb
Almaniya kansleri Merz Rusiyanı mülki insanlara qarşı terrorda ittiham edib
... Yaxud Rusiyanın Qərbə qarşı “həqiqət” cəhdi – GFCN
Rusiya Ukrayna hücumunda İngiltərəyə işarə edir
“Rusiyanın ən böyük düşməni” 13 ildən sonra dəyişdi
ABŞ hökuməti Ukraynaya daha 700 milyon dollarlıq hərbi yardım paketi açıqlayıb. Paketin ən önəmli tərkib hissəsi M142 HİMARS reaktiv yaylım atəş sistemidir, çünki bu, Ukraynanın silahlandırılmasında yeni mərhələnin başlanması deməkdir. ABŞ-dan siqnal alan müttəfiqlər də artıq bu istiqamətdə qərarlar qəbul etməyə başlayıblar. Britaniya M-270 MLRS, Almaniya isə Mars II / MLRS-E sistemləri ilə prosesə öz töhfələrini verəcəklər. (Almaniya İRİS-T hava və raket hücumundan müdafiə sistemi göndərəcəyinə də söz verib, lakin vaxtı məlum deyil).
Adları çəkilən reaktiv yaylım atəş sistemləri Ukrayna ordusunun atəş gücünü xeyli artıracaq və 70-84 km dərinlikdəki düşmən mövqelərinə (qoşunların və hərbi texnikanın toplanma yerləri, komanda məntəqələri, sursat, yanacaq anbarları və s.) dəqiqliklə zərbələr endirməyə imkan verəcək. M142 və M270 unikal silahlardır və 160-300 km məsafəyə zərbə endirən taktiki raketlər (ATACMS) də atır. Bu raketlər hələ ki Ukraynaya göndərilməyəcək. Amma əsas məsələ qurğuların özüdür, müharibənin gedişindən və Rusiyanın davranışlarından asılı olaraq ATACMS da növbəti mərhələlərdə savaş meydanında görünə bilər.
Rusiya rəsmi təbliğatının sürəkli təkrarladığı və şüurlara yeritməyə çalışdığı bir mantra var: “Rusiya heç vaxt məğlub ola bilməz”. Yəni ki, “biz nüvə dövlətiyik, nüvə gücü isə müharibələri uduzmur”. Rusiyanın Qərbdəki geniş agentura şəbəkəsi, təsir agentləri və simpatizianları da bu fikri davamlı gündəmdə tutaraq hökumətlərini və toplumlarını buna inandırmağa çalışırlar. Məqsəd Qərb paytaxtlarının Kiyevə təzyiq göstərməsi və onu masaya oturdub, güzəştlərə vadar etməsinə nail olmaqdır. Moskva bu səbəbdən hazırda siyasi müstəvidə özünü maksimum sülhpərvər tərəf kimi göstərir, istər Ukrayna, istərsə də Qərblə dialoqa tam açıq olduğunu bəyan edir.
Amma “Rusiyanın məğlubiyyəti” deyəndə nəyin nəzərdə tutulduğunu dəqiqləşdirmək lazımdır. Şübhəsiz ki, Ukrayna ordusunun və ya başqa bir dövlətin Moskvaya qədər gedib, Kremlə bayraq sancmasından söhbət getmir, Rusiyanın bu tip məğlubiyyətlə üzləşməsi ehtimalı yoxdur. Amma Ukrayna ərazisi daxilində Rusiya ordusunun məğlubiyyəti niyə mümkün olmasın? Rus əsgərləri robot deyil, onların da adi güllədən ölməsi, döyüşləri uduzması, geri çəkilməsi sübut olunub. Buna misal kimi tarixə baş vurmaq lazım deyil, elə hazırkı savaşda baş verənlərə nəzər yetirmək kifayətdir.
Ukrayna ordusu Qərbin çox minimal yardımı ilə şimal cəbhəsində qələbə qazandı, Kiyevi tutmaq və ya mühasirəyə almaq planını icra edə bilməyəcəyini görən Rusiya komandanlığı Kiyev, Çerniqov və Sumi vilayətlərindəki salamat qalmış qüvvələrini geri çəkib, onları şərq cəbhəsinə yönəltdi. Sonra Ukrayna ordusu Xarkov vilayətindəki lokal əməliyyatları ilə rus ordusunu Xarkov şəhəri ətrafından bir qədər uzaqlaşdırdı. Həmin istiqamətdə hazırda yavaş da olsa, irəliləyiş davam edir. Son günlər isə cənub cəbhəsində Ukraynanın irəliləyişləri var, Xerson vilayətində bəzi yaşayış məntəqələrinin azad edildiyi haqda xəbərlər gəlir. Hələ ki bu əməliyyatlar lokal-taktiki xarakterlidir. Genişmiqyaslı hücum əməliyyatları üçün NATO silahları ilə təchizatı davam edən yeni briqadaların təlimləri davam edir. (Yeri gəlmişkən, müharibə zamanı NATO standartlarına keçid daha öncə bənzəri olmayan çox çətin bir işdir və ukraynalılar bunu da bacarmaq zorundadır.)
Uzun sözün qısası, demək istədiyim odur ki, sadəcə Xersonu geri qaytarmaq belə bu müharibədə Ukrayna lehinə strateji dönüş olacaq, çünki 100 günə yaxındır davam edən müharibədə Rusiyanın hələlik bir strateji uğuru var: Krıma quru yolu açmaq. (Hələ ki bu marşrut tam güvənli deyil və MLRS-lər gəldikdən sonra daha da güvənsiz olacaq.) Ukraynanın Xerson vilayətini azad edib, Krımın inzibati sərhədlərinə qayıtması Rusiyanın bu uğurunu aradan qaldıracaq və belə olan təqdirdə, rus ordusunun Donbas cəbhəsindəki torpaq qazanclarının da önəmi azalmış olacaq. Xersondan sonra Zaporojyenin işğal olunmuş hissəsinin geri alınması da asanlaşacaq, çünki rusiyalılar ciddi logistik problemlərlə üzləşəcək, bəlkə də özləri oranı tərk edəcək.
Yəni Ukrayna üçün qələbə variantı 23 fevral 2022-ci il tarixindəki status-kvonun böyük ölçüdə bərpasıdır və bu vəzifənin icrası xəyal deyil. Ondan sonra Rusiya ilə masaya oturmaq olar. Əgər Moskva yenə qəbulolunmaz tələblərini davam etdirsə, onda müharibə davam edəcək və bu zaman Ukrayna öz vəziyyətini, beynəlxalq konyukturun nə dərəcədə uyğun olduğunu götür-qoy edib, maksimum vəzifəni - Krımı və Donbası azad etməyi düşünə bilər. Bu, həm xarici siyasi və hərbi dəstəyin səviyyəsindən, həm də Ukrayna xalqının iradəsindən, onların bir daha çoxsaylı itkilərə hazır olub-olmamasından asılı olacaq...