vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
15:53 | 12 iyun 2019 | Çərşənbə Məqaləyə 2194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sözünün üstündə dayanır”

Tramp KXDR liderindən “çox isti” mesaj aldığını deyib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Indan “çox isti” və “çox gözəl” mesaj aldığını deyib.

“The Hill” nəşri xəbər verir ki, Donald Tramp Vaşinqton və Pxenyanın yaxın gələcəkdə daha bir sammit keçirməyə və sazişə nail ola biləcəyinə əminliyini ifadə edib. “Kim Çen In hələ ki, sözünün üstündə dayanır və bu mənim üçün çox vacibdir”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməmişdi. Sammit nəticəsiz başa çatsa da, liderlər dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər.