vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
22:10 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 798 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“... Müharibəyə hazır ol”

Lukaşenko: “Əgər sülh istəyirsənsə, ...”

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarus lideri Aleksandr Lukaşenko aprelin 2-də Qrodnoda tikiləcək yeni xəstəxananın təməlqoyma mərasimində çıxış edib. Mərasimin Belarusun qonşu ölkələrə mesajı kimi qiymətləndirilə biləcəyini deyən Belarus prezidenti “qonşularımız sərhəd bölgələrini tanklara qarşı qazıblar, rifahı artırmaq üçün qazıblar” deyib. “Biz gələcəyimizi sülh yolu ilə qurmaq istəyirik”, – Lukaşenko bildirib.

“Müharibə istəyirik deyənlərə inanmayın” deyən Belarus lideri hələ də müharibəyə hazırlaşdıqlarını bildirib. Lukaşenko, “Mən bunu açıq deyirəm: Biz müharibəyə hazırlaşırıq. “Sülh istəyirsənsə, müharibəyə hazır ol” deyimi çox doğrudur”, – deyib.

Hərbi təlimlər keçirdiklərini, əsgərləri silah və texnika ilə təmin etdiklərini ifadə edən Lukaşenko, "Dost olmayan ölkələr bizi tənqid edirsə, bilin ki, biz doğru olanı edirik. Əgər bizi tərifləməyə başlasalar, başımıza bəla olar”. Heç kəsi təhdid etmədiklərini vurğulayan Lukaşenko, “Biz başqalarının torpağını istəmirik”, – deyib.

Lukaşenko onu da bildirib ki, Belarus rəsmilərinə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan şikayət etmək qadağan edilib.

“Müdirə, məmura və ya biznes sahibinə özünü yormaq, işləməkdən yayınmaq imkanı verilsə, o, bundan istifadə edər. Ona görə də əvvəldən dedim: sanksiya yoxdur, bunu unudun. Sizin üçün sanksiyalar deyilən bir şey yoxdur”, – Belarus lideri bildirib.

Avropa İttifaqı Belarusda 2020-ci ildə keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını əsas gətirərək bu ölkəyə qarşı sanksiyalar tətbiq edib.

24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsində Moskvaya dəstək verdiyi üçün Minsk Qərb ölkələrindən bir çox sanksiyalara məruz qalmışdı.