Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
23:41 | 27 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 1066 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlayandan bəri ilk dəfə olaraq xaricə - Tacikistana və Türkmənistana səfər edəcək. Xəbər verilir ki, Rusiya prezidenti iyunun 28-də Düşənbədə tacik həmkarı Emomali Rahmonla danışıqlar aparacaq. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, danışıqlar üzvbəüz formatda keçiriləcək.
Putin Tacikistana səfərindən üç gen əvvəl Belarus lideri Aleksandr Lukaşenkoya demişdi ki, Moskva Minskə 500 kilometr məsafəni vura bilən “İsgəndər-M” raket sistemi verəcək.
Hazırda Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Kiyev və Minsk arasında da müəyyən gərginlik yaşanır.
Bəzi şərhçilər deyirlər ki, Putin Lukaşenkanı nəyin bahasına olursa olsun Ukrayna münaqişəsinə çəkməyə çalışır.
***
Rusiya, Belarus və Tacikistan, habelə Ermənistan, Qırğızıstan və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridirlər.
Bu ayın əvvəllərində Peterburqda keçirilən iqtisadi forumda Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Moskvanın Ukrayna siyasətinə zidd olan fikirlər səsləndirmişdi.
O demişdi ki, Qazaxıstan Ukraynanın Donbas regionunda separatçıların elan etdiyi “kvazidölətləri” tanımır.
Tokayev bunu da bildirmişdi ki, Qazaxıstan Rusiya ilə müttəfiqliyinə baxmayaraq Qərbin Moskva üzərinə sanksiyalarını pozmayacaq.
Tacikistana gəlincə isə bu ölkədə Rusiyanın 201-ci motoatıcı diviziyası və 7 min əsgəri var.
***
Xəbər verilir ki, Tacikistandan sonra Putinin Aşqabada səfər edəcəyi gözlənilir. O Türkmənistan paytaxtında keçiriləcək Xəzər sammitinə yollanacaq.
Bu sammitdə Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan liderlərinin iştirak edəcəyi deyilir. Peskov bu görüş əsnasında ikitərəfli danışıqların aparılıb-aparılmayacağı barədə suala cavab verməyib.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Putin Belarusa səfər etməyi planlaşdırır. Lakin sonradan bildirildi ki, Aleksandr Lukaşenko ilə görüş videoformartda olacaq.
Bir sıra ölkələr, o cümlədən ABŞ və Kanada Vladimir Putinə səfər qadağanı qoyublar. Bununla belə İndoneziya prezidenti Coko Vidodo 2022-ci ilin noyabrında Böyük iyirmilərin G20 qrupunun sammitinə Putinə göndərilmiş dəvəti ləğv etməyib.
Lakin o bu sammitə Ukrayna prezidenti Vladimir Zelenskini də dəvət edib. Putinin bu sammitdəki iştirakının formatı barədə heç bir xəbər verilməyib.
Bəzi məlumatlara görə İndoneziya prezidenti iyunun 30-da Moskvada Vladimir Putinlə görüşəcək.