Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
10:51 | 25 aprel 2019 | Cümə axşamı
Məqaləyə 2926 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiya prezidenti Vladimir Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə bağlı narazılığı artır. Bu barədə Kremlə yaxın mənbələr “Bloomberg”ə deyiblər.
Mənbələrin bildirdiyinə görə, Rusiya prezidenti narahatdır ki, Minsk Moskvanın təsiri altından çıxacaq. Hələlik Kremldə bu məlumatı şərh etməyiblər.
Agentlik qeyd edir ki, Belarus Rusiya tərəfdən artmaqda olan təzyiqlərdən narahatdır, bu təzyiqlər Belarusa iqtisadi yardımın azaldılması formasında da özünü göstərir. Minskin narahatlığı Rusiya ilə Belarusun birləşdirilməsinə dair Moskvanın planları ilə bağlı ola bilər.
Xatırladaq ki, son günlər Minsklə Moskva arasında münasibətlər yenə gərginləşib. Belarus Rusiya neftinin öz ərazisindən Avropaya nəqlini dayandırıb, bunu “Drujba” kəməri ilə nəql olunan neftin çirklənməsi ilə əsaslandırıb. Çirkli neftin emalı nəticəsində Belarusun neftayırma zavodunda bahalı avadanlığın sıradan çıxdığı açıqlanıb. Belarus hökuməti bildirir ki, Rusiyadan neft alışını dayandırmağa və alternativ mənbələr axtarmağa hazırlaşır. Bu arada Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bildirib ki, Bakı neft təchizatında Minskə kömək etməyə hazırdır.
“Bizim xalqlarımız həmişə çətin məqamlarda bir-birlərinə kömək ediblər. Həmişə bir-birimizə çiynimizi söykəmişik. Əgər zərurət yaransa Azərbaycan öz qardaşlıq borcunu yerinə yetirəcək. Heç bir şübhə yoxdur ki, dövlət başçıları bu məsələdə dil tapacaqlar”, - səfir deyib.