
“Apple” “Formula 1”in yayım hüquqlarını aldı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Psixoloji səbəblər və elmi baxış
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
Qədim qızıldərili mifologiyası gündəmdə
ABŞ prezidenti Co Bayden və Çin dövlət başçısı Si Tsinpin arasında telefon danışığı olub. Ağ Evdən verilən yazılı açıqlamaya görə, söhbət zamanı ikitərəfli ticarət, Tayvan boğazı və Cənubi Çin dənizi kimi regional və qlobal məsələləri müzakirə ediblər.
Keçən ilin noyabrında Kaliforniyada keçirilən görüşdə müzakirə edilən məsələlərin davamı olacağı bildirilən görüşdə iki lider ordular arasında əməkdaşlıq, narkotiklərlə mübarizə, iqlim dəyişikliyi və süni intellektlə bağlı bir çox mövzu dəyərləndirilib.
ABŞ prezidenti Çin dövlət başçısına Tayvan boğazında sülh və sabitliyin vacibliyini xatırlatmaqla yanaşı, Cənubi Çin dənizində azad naviqasiya və qanunun aliliyinin qorunmasını da ifadə edib.
Görüş zamanı Bayden Çinin Rusiyanın müdafiə sənayesi infrastrukturuna verdiyi töhfə və onun Avropa və transatlantik təhlükəsizliyə mənfi təsirləri ilə bağlı narahatlığını dilə gətirib.
Bayden ABŞ və Çin arasındakı ticarət rəqabətində Pekin tərəfindən həyata keçirildiyini iddia etdiyi “ədalətsiz ticarət təcrübələrini” də gündəmə gətirdi və bunun Amerikalı işçi və fermerlərə zərər verdiyini diqqətə çatdırıb.
İki lider arasında konstruktiv ünsiyyətin davam etdirilməsinin vacib olduğunu vurğulayan Bayden yüksək səviyyəli diplomatik münasibətlərin məsuliyyətli şəkildə davam etdirilməsi üçün göstərilən səylərdən məmnun olduqlarını qeyd edib.
Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ABŞ prezidenti Baydenin istəyi ilə keçirilən görüşdə iki lider “Çin-ABŞ münasibətləri və ortaq maraq doğuran məsələlər” mövzusunda fikir mübadiləsi aparıb.
Çin dövlət başçısı, 2023-cü ilin noyabrında San-Fransiskoda Bayden ilə görüşlərinin gələcəyə yönəlmiş bir baxış açdığını, Çin-ABŞ münasibətlərinin sabitləşməyə başladığını və bunun hər iki ölkə xalqı və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirdi. Bu arada münasibətlərdə mənfi amillərin artmağa başladığını bildirib
Çin-ABŞ münasibətlərindəki problemlərin kökündə “strateji qavrayış” mövzusunun və bunun ilk düyməsi səhv bağlanarsa, digər düymələri səhv olacaq köynəyə bənzədiyini ifadə edən Tsinpin, “iki böyük ölkə – Çin və ABŞ əlaqələri kəsməməli, bir-birlərinə arxa çevirməməli, münaqişə və qarşıdurmaya girməməlidirlər”, – deyib.
Çin rəhbəri vurğulayıb ki, 2024-cü ildə münasibətlərə ölkələrimiz yol göstərməli, sülh, sabitlik və etimadın qorunub saxlanması, dialoqun gücləndirilməsi, təxribat xarakterli hadisələrdən və qırmızı xətdən kənar münasibətdən qaçılması, beynəlxalq münasibətlərdə koordinasiyanın gücləndirilməsi lazımdır.
Tayvan məsələsinin Çin-ABŞ münasibətlərinin keçilməməsi lazım olan “ilk qırmızı xətti” olduğunu vurğulayan Tsinpin, “Tayvanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətlər və onların xarici təşviq və dəstəkləri qarşısında əllərimiz bağlı vəziyyətdə gözləyə bilmərik”, – vurğulayıb.
Çin rəhbəri ABŞ prezidentini konkret hərəkətlərlə Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyini nümayiş etdirməyə çağırıb.
ABŞ-ın Çinin ticarət və texnologiya sahəsindəki inkişafının qarşısını almaq üçün tədbirlər gördüyünə və hər gün daha çox Çin şirkətini sanksiyalar siyahısına əlavə etdiyinə diqqət çəkən Çin lideri deyib: “Bu, riskləri aradan qaldırmaq deyil, yenilərini yaratmaqdır. Əgər ABŞ qarşılıqlı faydalı əməkdaşlığa can atırsa və Çinin inkişafından öz payını almaq istəyirsə, Çinin qapısı həmişə açıq olacaq. Amma Çinin texnoloji inkişafını boğmaq və onu inkişafdan məhrum etmək istəyirsə, biz oturub buna baxmayacağıq”.
İki lider diplomatik, iqtisadi, maliyyə, kommersiya və digər sahələrdə məsləhətləşmə mexanizmlərinin, iki ölkənin orduları arasında kommunikasiyanın, narkotiklərlə mübarizə, süni intellekt və digər sahələrdə dialoq və əməkdaşlığın davam etdirilməsi üçün addımlar atmaq, o cümlədən iqlim dəyişikliyi, insanlararası təmasları və beynəlxalq və regional məsələlər üzrə ünsiyyəti artırmaq barədə razılığa gəliblər.
Tsinpin və Bayden Ukrayna böhranı və Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Çin lideri görüşdə həmçinin ölkəsinin Honq-Konq, insan haqları, Cənubi Çin dənizi və digər məsələlərlə bağlı mövqeyini çatdırıb.