vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
15:17 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 1966 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“5 milyondan artıq yeni iş yeri açmışıq”

Tramp “Ölkədə vəziyyət haqqında” illik məruzə ilə çıxış etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 5-də ABŞ prezidenti Donald Trampın Vaşinqtonda Senatın və Konqresin Nümayəndələr Palatasının birgə iclasında “Ölkədə vəziyyət haqqında” illik məruzəsi birbaşa translyasiya edilib.

Tramp iqtisadi sahədə qazanılmış uğurlardan söhbət açaraq Amerika iqtisadiyyatında ikiqat artıma nail olunmasını və yeni açılmış iş yerlərinin rekord səviyyəyə çatmasını vurğulayıb. O deyib ki, onun administrasiyası onilliklər boyu hər iki partiyadan olan əvvəlki liderlərin etinasız yanaşdığı problemləri həll etmək üçün son iki ildə “tarixi operativlik” nümayiş etdirib. Prezident bəyan edib ki, onun administrasiyası iki il ərzində misli görünməmiş iqtisadi bum yaradılmasına nail olub. Qeyd edilib ki, Tramp administrasiyası 5,3 milyon yeni iş yeri, o cümlədən sənaye sektorunda 600.000 iş yeri açıb. Tramp deyib ki, onun administrasiyası “Amerika energetikasında inqilaba başlayıb” və indi Birləşmiş Ştatlar neft və təbii qaz istehsalına görə dünyada liderdir.

Tramp vurğulayıb ki, ABŞ 65 il ərzində ilk dəfə enerji resurslarının netto-ixracatçısına çevrilib.

Prezidentin nitqinin çox hissəsi ağrılı bir mövzu olan qeyri-leqal immiqrasiya məsələsinə həll edilib. O deyib ki, qeyri-leqal immiqrasiya ABŞ vətəndaşları üçün iş yerlərinin azalmasına, əməkhaqqının aşağı düşməsinə, məktəblərin və xəstəxanaların həddən artıq yüklənməsinə, cinayətkarlığın artmasına və sosial müdafiə sisteminin zəifləməsinə imkan yaradır.

Prezident qeyd edib ki, bədnam MS-13 cinayətkar qruplaşması Amerikanın 20 ştatında fəaliyyət göstərir və bu dəstənin demək olar ki, bütün üzvləri ABŞ-a ölkənin cənub sərhədindən keçirlər. Tramp deyib: “Biz bu dəstənin minlərlə üzvünü aradan götürürük, lakin sərhədimizi qorumayınca onlar geri qayıtmaqda davam edəcəklər”.

Prezident Orta və yaxın mənzilli raketlərinin ləğv edilməsi haqqında Müqavilənin ABŞ-tərəfindən denonsasiya edilməsi mövzusuna da toxunub və bu addıma görə Rusiyanı təqsirkar hesab edib. Trampın sözlərinə görə, Rusiya uzun illər boyu bu müqaviləni pozub. O, Çinin iştirakı ilə yeni müqavilə bağlanmasının mümkünlüyü məsələsini açıq saxlayıb.

Adətən Prezidentin müraciətindən sonra müxalifətin nümayəndəsi televiziya ilə çıxış edir. Bu dəfə Nümayəndələr Palatasında azlığın Corcia ştatından olan keçmiş lideri və Corcia qubernatoru vəzifəsinə sabiq namizəd Steysi Abrams çıxış edib. Abrams öz çıxışında bu yaxınlarda ABŞ hökumətinin 35 gün ərzində qismən bağlanmasına görə Prezidenti kəskin tənqid edib.

Qeyd edək ki, Steysi Abrams Prezidentə cavab nitqi ilə çıxış etmiş ilk Afrika mənşəli amerikalıdır.

Onu da qeyd edək ki, Prezidentin Konqres qarşısında çıxışı əvvəlcə yanvarın 29-na planlaşdırılmışdı, lakin şatdaun ilə əlaqədar bu çıxış təxirə salınmışdı.

Birləşmiş Ştatların siyasi ənənələrinə görə, Prezident hər il Konqresə məktubla müraciət edir, bu məktubda ölkədə mövcud vəziyyəti, ABŞ-ın daxili və xarici siyasətini qiymətləndirir, növbəti qanunvericilik təşəbbüslərini müəyyənləşdirir. Bu, Trampın dövlət başçısı vəzifəsində ikinci müraciəti idi.