vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
19:58 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 2245 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Netanyahu da mətbuatdan narazıdır

İsrailin baş naziri medianı «saxta xəbər» yaymaqda ittiham edir

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin baş naziri Benyamin Netanyahu mediaya qarşı hücum edir. Netanyahu onları onunla bağlı aparılan korrupsiya istintaqını işıqlandıraraq, onun əleyhinə işləməkdə ittiham edir.

Baş nazir bir qrup tərəfdarına deyib ki, ««saxta xəbərlər» sənayesi artıq rekord həddə çatıb. Onların məqsədi hər nə bahasına olursa olsun, mənə qarşı ittihamların irəli sürülməsini təmin etməkdir».

İsrail rəsmiləri Netanyahunu iki ayrı korrupsiya istintaqı ilə bağlı sorğu-sual edib. Onlardan birində Netanyahunun zəngin tərəfdarlarından bahalı hədiyyələr aldığı iddia edilir.

İsrail lideri ittihamları rədd edir, amma keçmiş apparat rəhbəri şahid qismində ifadə verməyə razılaşandan bəri, Netanyahuya təzyiqlərin artdığı bildirilir.