Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Moskvadan Londona casus ittihamı
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib
-
İsrailin Masyaf hücumu
Suriyada SEPAH-ın raket istehsal edən bazası məhv edilib, sənədlər və 4 hərbçi əsir götürülüb
-
“Rəfah batalyonu məhv edilib”
“HƏMAS” terror təşkilatının 13 km uzunluğunda 203 tuneli dağıdılıb
-
ABŞ Misirə 1,3 milyard dollarlıq hərbi yardım
Qahirə bu məbləği 4 ildən sonra ilk dəfə tam şəkildə alacaq
-
İsrail ordusu HƏMAS liderlərinin hədəf alıb
Xan Yunus humanitar zonasında maskalanmış komanda və idarəetmə mərkəzi olub
-
Yaxın Şərq – fürsətlər və məyusluqlar xəzinəsi
Qəzzada böyük atəşkəs razılaşmasına mane olan “kiçik detallar”
-
İsraildən Suriyaya hava zərbələri
Həmadakı hücumlarda 16 ölü, 36 yaralı var
-
“İstədiyimizi edə bilərik”
Hərbçi və siyasətçi Benni Qantz: “İsrail “Hizbullah”la qarşılaşmaq üçün çox gecikdi”
-
İranın zəif nöqtəsi
Tehran regionda əhəmiyyətli rola sahib olmaq ehtirasından daha çox rejimin devrilməsi qorxusunu yaşayır
-
“Hizbullah” üzərinə hücum
İsrail ordusu Livanın dərinliklərində əməliyyat keçirməyə hazırlaşır
-
Növbəti hədəf İrandır
Tehranla Tel-Əviv arasında müharibə əvvəllər düşünülən qədər də uzaqda deyil
-
ABŞ-dan “HƏMAS”ın cinayətinə hüquq qiymət
7 oktyabr qətliamına görə 6 terrorçuya qarşı ittihamnamə qaldırılıb
-
Qətliamın rəhbərlərindən daha biri məhv edildi
İsrail HƏMAS-ın elit bölüyünün komandirini sıradan çıxardığını elan edib
-
“HƏMAS etdiyinin əvəzini ödəyəcək”
Netanyahu: “Əsirləri öldürənlər anlaşma istəməz”
-
Xameneyi də hədəf ola bilər
Haniyyəni öldürənlərin açıq mesajı – İranda heç kim təhlükəsizlikdə deyil
-
“Hizbullah”ın raket dolu yük maşını vurulub
Hücumdan sonra partlayışların ard-arası kəsilməyib
Son zamanların gündəminə çevrilən “İranın nüvə arxivləri” adlı sənədlər İsrail kəşfiyyatı tərəfindən İranda ələ keçirilmiş 100 min səhifəlik sənədlərdir.
İsrail tərəfinin “İranın nüvə arxivləri” adlı sənəd hazırda İrana qarşı istifadə olunmuş ən yaxşı silahlardan biridir. Bu silahın İran üçün bəlkə də elə həmin o “İranın nüvə silahı”ndan da təhlükəli olduğunu qeyd etsək yanılmarıq.
İsrailin baş naziri Benyamin Netanyahu dünya ictimaiyyətinə açıqlamasında bildirdi ki, ölkəsinin kəşfiyyatı İranın nüvə proqramı ilə bağlı mühüm sənədlər ələ keçirib. Baş nazirin dediyinə görə, İran Qərblə razılaşmanın əksinə olaraq, özünün nüvə proqramını daha da genişləndirib.
Bu bəyanat dünya ictimaiyyətində şok effekti yaratdı.
Bəs bu sirli sənədlər nələrdən ibarətdir? Bu sənəd İsrail baş nazirinin sözləri ilə desək 55 min səhifə və 55 min fayldan ibarət və 183 diskdə saxlanılan materiallar toplusudur. Yenə Netanyahunun sözləri ilə desək, içərisində İranın nüvə silahının layihələşdirilməsi zamanı aparılmış qeydlər yer alır. İndi bu məsələnin qalxmasının əsas səbəbi İranın bu qeydlərdən istifadə edərək həmin proqramın inkişafını davam etdirməsi məsələsidir.
Hadisələrin gedişatına nəzər salsaq, İrana qarşı ciddi problemlərə gətirib çıxaracaq yeni oyunun başladığını görərik. Bu oyun mayın 12-si ilə bağlıdır. Həmin tarixdə İranla nüvə razılaşması tərəflərindən biri olan ABŞ, yəni prezident Donald Tramp nüvə razılaşması ilə əlaqədar qərar qəbul etməlidir. ABŞ prezidenti isə dəfələrlə nüvə razılaşmasından çıxmaq niyyətində olduğunu bildirib.
Əvvəlcə İranın qatı düşmənlərindən olan və dəfələrlə beynəlxalq çıxışlarda “İranı dünya üçün böyük təhlükə” adlandıran İsrail baş naziri Benyamin Netanyahu düşməninə qarşı ən gözəl silahlardan birinə sahib olduğunu bəyan edir.
Burada ən maraqlı məsələlərdən biri İsrailin bu sənədləri hansı yollarla ələ keçirməsidir. Axı söhbət hər hansı kiçik sənədlərdən deyil, demək olar ki, bir arxivdən gedir.
Əgər İsrail bu sənədləri hissə- hissə əldə edibsə indiyə kimi bu barədə niyə bir kəlmə də səsləndirməyib? Yox əgər bütün bu dəlilləri bir yerdə əldə edibsə bəs o zaman bunu ciddi nəzarəti ilə seçilən İran kimi ölkədən necə çıxara bilib? Özü də İran üçün ekspertlərin dediyi kimi “həyatı əhəmiyyətli bir sənəddən” söhbət gedirsə.
Burada ikinci diqqət çəkən məsələ isə həmişəki kimi İsrailin bəyanatından sonra ABŞ-ın məsələyə qoşulmasıdır. Bu dəfə ABŞ tərəfindən dövlət katibi Mayk Pompeo çıxış edərək yenicə ələ keçirilmiş sənədləri şəxsən incələdiyini və artıq İranın yalan söylədiyini aydınlaşdırdığını bildirir.
Onu da xatırladaq ki, Mayk Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktorudur.
Vaşinqtonun mövqeyindən belə anlaşılır ki, daha bir müddət İrana qarşı təzyiqlər davam edəcək.
ABŞ-la birgə Britaniya hökuməti də hadisəyə reaksiya verərək, Britaniyanın heç bir zaman İranın nüvə məsələsinə sadəlövhlüklə yanaşmadığını bildirir.
Qeyd etdiyimiz razılaşmanın daima yenilənməsi tərəfdarı olan Fransa tərəfi isə İranın nüvə razılaşması şərtlərinin yerinə yetirilməsi məsələsində uzunmüddətli zəmanət verməli olduğunu bildirir.
İsrail baş naziri bu dəfə hadisəyə razılaşmanın bütün tərəflərini qatmaq niyyətindədir. Belə ki, Rusiya mətbuatının bildirdiyi kimi, Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında bu mövzu ilə əlaqədar telefon danışığı olub. Danışıqlardan sonra Rusiya tərəfi də sənədləri incələməkdə maraqlı olub və artıq mütəxəssis qrupu yollayıb.
Vyanada Beynəlxalq Təşkilatlar üzrə Rusiyanın Daimi Nümayəndəsi Mixail Ulyanov həmin sənədlərin həqiqiliyinin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən yoxlanılmasının tərəfdarı olduğunu bildirir.
Beynəlxalq Atom Enerjisi Agentliyi məsələ ilə bağlı TASS informasiya agentliyinə açıqlama verib. Təşkilat 2009-cu ildən sonra İranda nüvə silahı yaratmaqla bağlı etibarlı dəlillər qeydə almayıb.
Bu məsələ 2015-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amananın geniş hesabatına əsasən qurumun İdarə Heyətinin qərarı ilə bağlanıb.
Burada maraqlı məqamlardan biri İsrail dövlət xadimi, 1992-1999-cu illərdə “Nativ” xüsusi xidmət orqanının (İsrail baş nazirinə tabedir) rəhbəri işləmiş, hərbi-siyasi məsələlər və beynəlxalq siyasət üzrə ekspert Yakov Kedmi İranın nüvə silahı məsələsinə münasibətidir.
Ekspert nüvə silahı məsələsində İranın gec ya tez bu məqsədə çatacağını bildirir. Onun bildirdiyi kimi İrana bu işi hətta öz ərazisində keçirməyə belə ehtiyacı yoxdur. Ekspert İranın bunu Şimali Koreyada həyata keçirəcəyini və hazırda bu məsələdə lazımi işlərin görüldüyünü də qeyd edir.
İran tərəfi də öz növbəsində təbii ki, İsrail tərəfinin bu iddialarını nüvə razılaşmasına hesablanmış addım hesab edir.
“Netanyahunun göstərdikləri gülməli və uşaqsayağı bir oyundur. Mayın 12-nə, ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsi haqda qərar qəbul edəcəyi bir vaxta planlaşdırılmış bir şoudur”, - İran xarici işlər nazirinin müavini Abbas Ərakçi bildirib.
Qeyd edək ki, nüvə müqaviləsi 2015-ci ilin iyulunda İranla altılıq ölkələri (ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin + Almaniya) arasında nüvə imzalanıb. Onun şərtlərinə əsasən İran sanksiyaların etap-etap qaldırılması qarşılığında nüvə proqramını dayandırır və Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinə həmin obyektlərə giriş verir.
Əvəz ZEYNALOV