vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
10:44 | 16 fevral 2022 | Çərşənbə Məqaləyə 936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaşinqtondakı görüşün İZİ ilə

Tel-Əviv - Ankara yaxınlaşması Türk dünyasını inkişaf etdirəcək

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə ilə İsrail arasında sipərlərin yığışdırılması istiqamətində atılan addımlar regional xəritənin siyasi tablosu üçün əlavə gücləndirici qidaya çevrilir.

Türkiyə-İsrail münasibətlərindəki istiləşmə Türk Dövlətləri Təşkilatının potensialının artması və fəaliyyətinin güclənməsi üçün stimullaşdırıcı sistem yaradır. 

Hələ bir neçə gün öncə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş keçirilmişdi (Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin təşəbbüsü ilə). 

Vaşinqtonda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səfirlərinin İsrail formatlı görüşü yeni əməkdaşlıq platformasının təməlinin atılmasının anonsudur. 

İsrailin bu ölkələrdən ən yaxşı münasibətlərdə olduğu Azərbaycandır, digərləri əlaqələrdə isə mürəkkəblik mövcuddur. 

İsrail Özbəkistanla əlaqələrə ona görə önəm verir ki, burada tarixi kökləri keçmişə gedib çıxan yəhudi icması yaşayır. 

Bu icmanın inkişaf edərək böyüməsi İsrailin maraq dairəsindədir. Özbəkistanın İranla sərhədi olmasa da, strateji baxımdan İsrailə bu ölkə üzərindən İrana “yaxınlıq” təmin edir. 

Qazaxıstan da İsrail üçün əhəmiyyətlidir, iki ölkənin müdafiə və kəşfiyyat sahəsində sıx əməkdaşlığı mövcuddur.

İndi qalır bu əlaqələrin şaxələndirilməsi və siyasi-iqtisadi üfüqlərdə yeni səhifələr açmaq. İsrail regionun həlledici gücü olan Türkiyə ilə əməkdaşlığın radiusunu genişlətməklə özünün maraq dairəsini böyütməklə bu hədəflərinə nail olmaq istəyir. 

İsrailin bu formatda “qala inşa” etməyə töhfə vermək cəhdləri həm İrana görə, həm neft amilinə görə, həm təhlükəsizlik avadanlıqlarının satışı baxımından strateji əhəmiyyət kəsb edir.

Son zamanlar Türkiyə ilə İsrailin ali kəşfiyyat qurumları (MİT və MOSSAD) aralarında koordinasiya yaradılıb, artıq hər iki qurum Türkiyədə israilli biznesmen Yair Gellerə qarşı İran xüsusi xidmət orqanları tərəfindən hazırlanan sui-qəsdin qarşısı alınıb.

İsrail Türkiyə ilə münasibətlərdə Ankaranı Fələstin məsələsində öz tərəfinə çəkmək istəyir, amma Ankaranın prinsipial mövqeyindən geri çəkiləcəyi mümkünsüz görünür. 

Ancaq mübahisəli məsələlər olsa da, İsrail-Türkiyə münasibətlərindəki ağrılı dövrün geridə qaldığını söyləyə bilərik. 

NƏTİCƏ:

- Ankara- Təl-Əviv trafikinə verilən müsbət enerji Türk Dövlətləri Təşkilatı üçün böyük önəm kəsb edir, 

- Prosesin dinamikası İranda yeni narahat konsepsiya yaradır, 

- Gələcəkdə İsrailin Türk Dövlətləri Təşkilatında hansısa formada iştirakı mümkündür.