vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
20:47 | 12 noyabr 2022 | Şənbə Məqaləyə 708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın dostu qalib gəldi

73 yaşlı baş nazirin İran arzusu

Elxan HƏSƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın yaxın dostu Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası İsraildə keçirilmiş parlament seçkilərində qələbə qazanıb. Netanyahu tərəfdarları 120 yerlik parlamentdə 65 mandata sahib olacaqlar. Dini və sağçı kəsimin dəstəyi ilə üçüncü dəfə baş nazir olacaq 73 yaşlı Netanyahu çox güclənib.

İsrail parlamenti olan Knesset 120 üzvü ilə qanunverici orqanıdır. Mütləq səs çoxluğu üçün 61 mandat tələb olunur. İsrailin seçki sistemi ümummilli proporsional təmsilçiliyə əsaslanır. Seçicilər namizədlərə yox, partiyaya səs verirlər. Partiyalar səs payına mütənasib olaraq parlament yerləri alırlar. Bir partiyanın parlamentə düşməsi üçün ən azı 3,25 faiz səs lazımdır. 4 ildən bir keçirilən seçkilərdə ərəb-islamçı partiyalar da iştirak edirlər. 

İsraildə seçicilərin 20 faizini müsəlman ərəblər təşkil edirlər. Fələstinli ərəblərin bir hissəsi yəhudi cəmiyyətinə inteqrasiyaya qərar veriblər və artıq dövlət vəzifələrində belə müsəlman ərəblərə rast gəlmək mümkündür. Müsəlmanların vəziyyəti heç də molla rejiminin və fanatik islamçıların iddia etdiyi qədər vahim deyil. Ərəb dilində məktəblərdən tutmuş televiziyalara qədər var, polisdə belə hicablı müsəlman qadınlara rast gəlmək olur.

40 milyonluq Azərbaycan türkünü ana dilini öyrənməkdən məhrum etmiş Tehran rejimi insanlığı elə İsraildən öyrənməlidir. 

Bibi üçüncü baş nazirliyində çox güman ki, ən böyük arzusuna çatacaq, Tehranda azadlıq bayrağı dalğalanacaq.