vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
16:34 | 17 sentyabr 2017 | Bazar Məqaləyə 2033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynada oktyabr inqilabı

Saakaşvili: «Kiyevdə keçirəcək mitinqdə əsas tələblər irəli sürüləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə planlaşdırdığı mitinqdə hakimiyyətdə islahatlar aparılması ilə bağlı tələblər irəli sürəcəyini bəyan edib. Bu barədə sentyabrın 17-də TASS və digər informasiya agentlikləri məlumat yayıblar.

«Biz ictimai fəalların təşəbbüsünə qoşulmaq və oktyabrın 17-dı Kiyevdə toplaşaraq korrupsiya əleyhinə məhkəmələr yaradılması, deputat toxunulmazılığının ləğv edilməsi və yeni seçki qanunu qəbul edilməsini tələb etmək qərarına gəlmişik», Saakaşvili özünün «Facebook» səhifəsində yazır.

Saakaşvili qeyd edib ki, qalan tələblər isə ayın 17-dək bütün Ukrayna boyu toplanacaq.

Ukraynadakı «Yeni siyasi qüvvələr» partiyasının lideri Saakaşvili bundan əvvəl bildirmişdi ki, sentyabrın 19-da Ali Radada çıxış etməyə cəhd göstərəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko keçmiş Gürcüstan prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini ABŞ-da səfərdə olarkən vətəndaşlıqdan məhrum edib.

Bundan sonra Saakaşvili sentyabrın 10-da yüzlərlə tərəfdarının müşayiəti ilə Polşadan Ukraynanın Lvov şəhərinə keçib.

İki gün sonra Lvov rəsmiləri Saakaşviliyə rəsmi bildiriş veriblər, onun sərhədi qanunsuz keçdiyi, bir neçə sərhədçinin insident zamanı xəsarət aldığı bildirilir. Yerli medianın yazdığına görə, o, sentyabrın 18-də insidentlər bağlı məhkəmə də olmalıdır.

Xatırladaq ki, Gürcüstan hökuməti də Saakaşvilinin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur. Saakaşvili isə bu ittihamları rədd edir.

Saakaşvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroşenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.