vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
20:21 | 7 oktyabr 2017 | Şənbə Məqaləyə 2017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türk ordusu yenidən Suriyaya girir

Ruslarla eyni cəbhədə döyüşəcəklər

MÖVZU İLƏ ƏLAQƏLİ

Azad Suriya Ordusu (ASO) Suriyanın İdlib vilayətinə girib, döyüşlər gedir. APA TV-nin məlumatına görə, Türkiyə ilə Rusiya İdlibə nəzarət edəcək qüvvələrlə bağlı razılıq əldə etdikdən sonra Türkiyə Silahlı Qüvvələri bölgəyə hərbi müdaxilə hazırlıqlarını tamamlayıb.

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna bağlı «Həmzə bölüyü» «Fərat Qalxanı» əməliyyatı nəticəsində İŞİD-dən təmizlənən Suriyanın şimal torpaqlarından Türkiyəyə daxil olaraq Hatay vilayətinə gəlib. Burdan isə Bab-ı Hav sərhəd qapısından Suriyaya keçərək İdlibə doğru yola düşüb. Əməliyyata gedən Azad Suriya Ordusu döyüşçülərinin görüntüləri sosial mediada yayılıb.

Son dəqiqlərdə əldə olunan məlumatlara görə, müxaliflər hazırda İdlibin Kefer Selin və Kefer Tekarim kəndlərində «Şamın Fəthi Cəbhəsi» terrorçuları ilə döyüşür. «Russia Today»ın xəbərinə görə, Türkiyə PUA-ların uçuşlarını artırıb, Rusiya hərbi təyyarələri isə «Şamın Fəthi Cəbhəsi»nə aid silah depolarını vurmaq üçün havaya qalxıb.

Qeyd edək ki, İran, Rusiya və Türkiyənin Qazaxıstan paytaxtında əldə etdiyi razılaşmaya əsasən Suriyada üç təhlükəsizlik bölgəsinin yaradılması nəzərdə tutulub. Rusiya və Türkiyə bu məqsədlə bölgəyə 500 hərbçi göndərəcək. Razılaşmaya əsasən İdlibin daxili Türkiyə, xarici isə Rusiya nəzarətində olacaq. Artıq Türkiyənin canlı qüvvəsi və zirehli texnikası sərhədə yerləşdirilib.

İdlib bölgəsinə hazırda «Şamın Fəthi Cəbhəsi» nəzarət edir. Terrorçu qruplaşmanın təxminən 25 min üzvü olduğu bildirilir. «Şamın Fəthi Cəbhəsi» Dəməşq, İdlib və Hamada həm Əsədə məxsus qoşunlarla, həm də müxaliflərlə döyüşür.