vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
18:37 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2568 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Barselona meri İspaniyadan ayrılmağa qarşıdır

Ada Kolau mərkəzi idarəçilik tətbiq etməməyə çağırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Barselona meri Ada Kolau (Ada Colau) Kataloniya hökumətinin rəhbəri Karles Puçdemonu (Carles Puigdemont) birtərəfli qaydada əyalətin müstəqilliyini elan etməməyə, İspaniyanın baş naziri Mariano Rahoyu (Mariano Rajoy) isə Kataloniyada mərkəzi idarəçilik tətbiq etməməyə çağırıb.

Ada Kolaunun fikrincə indi hər iki tərəf dialoq və əməkdaşlıq üçün barışıq jesti etməlidirlər.

Qeyd edək ki, ötən bazar Barselonada əyalətin İspaniyadan ayrılmasına qarşı çıxanların kütləvi nümayişi olub.

Müxtəlif məlumatlara görə nümayişdə bir milyona yaxın adam iştirak edib.

Oktyabrın 10-da Kataloniya parlamentinin növbəti sessiyası keçiriləcək.

Əyalət rəhbəri Karles Puçdemonun regionun müstəqilliyini elan edəcəyi gözlənilir.

Kataloniyanın referendum qanununa görə, oktyabrın 10-da assambleyada müstəqilliyin elanından sonra İspaniyadan altı aylıq ayrılma prosesi başlamalıdır. Madrid bu qanunu qeyri-konstitusion sayır.