vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
17:58 | 14 sentyabr 2024 | Şənbə Məqaləyə 180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Melodan İspaniyaya ərazi iddiası

100 ildir mübahisəsi davam edən Olivenza yenidən mübahisə mövzusu olub

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Portuqaliyadakı sağçı hökumətin müdafiə naziri Nuno Melo sərhəddəki İspaniya ərazisi olan Olivenza bölgəsinin ölkəsinə aid olduğunu iddia edərək hüquqlarından imtina etməyəcəklərini açıqlayıb.

İspaniyaya girdikdən sonra Portuqaliyanın cənubundan təxminən 60 kilometr uzaqlıqda yerləşən və Badajoz şəhərinə aid olan Olivenza rayonu uzun müddətdən sonra yenidən iki ölkə arasında problem yaradıb.

Müdafiə naziri Melo 1297-ci ildə Portuqaliya hakimiyyəti altında olan, lakin 1801-ci ildə Badajoz müqaviləsi ilə İspaniya ərazisinə daxil olan Olivenzanın ölkəsinə aid olduğunu iddia edib.

Portuqaliya mətbuatına açıqlama verən Melo, “Olivenza təbii ki portuqallıdır və bu təxribat deyil”, – deyib.

***

1297-ci ildə Kastilya və Portuqaliya krallıqları arasında imzalanan Alcacines müqaviləsi ilə Olivenzanın ölkəsinə təhvil verildiyini və bundan sonra imzalanan Badajoz müqaviləsinin Portuqaliya Dövləti tərəfindən tanınmadığını iddia edən Melo, bu hüquqlarından əl çəkmədiklərini bildirib.

Təxminən 12 min əhalisi olan Olivenza Bələdiyyə Başçısı Manuel Xose Qonzalez Andrade, “Düşünmədən edilən və torpaq tələb edən bu cür danışıq insanları bir-birindən ayırmağa və ya bir-birinə qarşı qoymağa çalışır. Bu cür ifadələr keçən əsrin dedi-qodularıdır”, – deyərək portuqaliyalı nazirin sözlərinə reaksiya verib.

Andrade həmçinin bildirib ki, Olivenza əhalisi qürurludur və keçmişindən razıdır.

Portuqaliyada ana müxalifət olan Sosialist Partiyasının lideri Pedro Nuno Santos da müdafiə nazirinin məsuliyyətsiz danışdığını və bu sözlərin xarici siyasətə ciddi təsir göstərə biləcəyini bildirib.

İspaniya hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.