
17 milyard dollarlıq 300 illik sərvət
Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu
Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu
İspaniyanın sosialist hökuməti NATO böhranı ilə üz-üzədir
Bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni keçib
Qütbləşmə, bahalıq və stress insanları bezidirib
Hollandiyada vətəndaşlara nağd pul şağırışı
Yanukoviçin köməkçisi, Avromaydan repressiyalarını əsas fiquru zənginlər qəsəbəsində güllələnib
Elektrik kəsintisindən sonrakı telefon qəzası ölkədə təlaşları artırıb
Qırmızı işıqda makiyaj etməklə təhlükəsizlik kəmərii taxmamağın cəriməsi eyni oldu
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Vatikan Antoni Qaudinin adı barədə prosesə başlayıb
Avropa ölkəsində məktəb menyusunda köklü dəyişiklik
Hansı Avropa şəhərlərində yaşamaq üçün çox pula ehtiyacınız yoxdur?
Ağardıcı ilə dezinfeksiya edilib, istifadə tarixi dəyişdirilib
İspaniya, Portuqaliya və Fransanın bəzi bölgələrində güclü elektrik kəsilməsi baş verib və milyonlarla insan işıqsız qalıb. Bu gün İspaniya və Portuqaliyada geniş yayılmış elektrik kəsilməsi səbəbindən milyonlarla insan işıqsız qalıb. Elektrik kəsilməsi Fransa və Belçikaya da təsir edib.
Elektrik enerjisinin kəsilməsi səbəbindən İspaniyanın beş nüvə reaktoru təhlükəsizlik səbəbi ilə istehsalı dayandırıb. Bildirilib ki, reaktor binalarının elektrik sistemləri hələ də işləyir.
İspaniyada elektrik enerjisinin kəsilməsi dəmir yolu nəqliyyatını iflic edib. Ölkənin aparıcı dəmir yolu şirkətlərindən REN, yerli vaxtla saat 12.30-dan etibarən bütün qatar xidmətlərinin dayandırıldığını açıqlayıb.
2025 Mutua Madrid Tennis Turnirindəki oyun bu gün İspaniyanın paytaxtında kütləvi elektrik kəsilməsindən sonra dayandırıldı.
Bu arada insanlar küçələrə axışıb. İspaniya polisi də küçə döngələrində patrul edərək böyük şəhərlərdə təhlükəsizliyi təmin etməyə çalışıb.
Bildirilib ki, Pireney yarımadasındakı xəstəxanalar təkcə generatorlar sayəsində əsas xidmətləri göstərə bilirlər. “Biz əvvəllər heç vaxt belə miqyasda fasilə ilə rastlaşmamışıq”, – REN elektrik provayderinin əməliyyatlar rəhbəri bildirib.
“Fransanın cənub-qərbindəki Alarik dağında baş verən və Perpignan ilə şərqi Narbonna arasında yüksək gərginlikli elektrik xəttinə ziyan vuran yanğın da mümkün səbəb kimi müəyyən edilib”, – REN-in aşıqlamasında bildirilib.
İspaniyanın Milli Kibertəhlükəsizlik İnstitutu qəzaya kiberhücumun səbəb olub-olmadığını araşdırır.
İspaniyada minlərlə metro sərnişini çıxışlara qədər qaranlıq tunellərdən keçmək məcburiyyətində qalıb. Qəza generatorlarının işə salınması ilə xaosun böyüməsinin qarşısı alınıb.
Şirkət rəsmiləri bildiriblər ki, elektrik enerjisinin kəsilməsi səbəbindən heç bir qatar hərəkət etmir və yeni yola çıxmaq mümkün deyil. RENFE sərnişinlərə hadisələrin yaxından izləndiyini və xidmətlərin normal vəziyyətə gətirilməsi üçün səylərin davam etdiyini bildirdi.
Bu arada Portuqaliya və İspaniyada internet tamamilə kəsilib. “Netblocks” məlumatlarına görə, kabel interneti hələ də mövcud deyil. İspaniyanın elektrik enerjisi paylayıcı şirkətləri bəzi ərazilərdə enerji paylanmasının bərpa olunduğunu bildiriblər. Ərazidə telefon xətlərinin də kəsildiyi bildirilib.
***
İspaniyada elektrik enerjisinin verilməməsinin ardınca hökumət tədbirlər görüb. İspaniyanın “Cadena SER” radiosunun məlumatına görə, Baş nazir və energetika naziri hadisələri yerində izləmək üçün ölkənin milli elektrik operatoru “Red Electrica”ya yola düşüblər.
İspaniya mətbuatı “El Pais”in məlumatına görə, hökumət “Red Electrica” elektrik paylayıcı şirkəti ilə təcili iclas keçirib.
Portuqaliyada rəsmi mənbələr yerli mediaya bildiriblər ki, fasilə ölkə miqyasında olub, İspaniyadan da oxşar xəbərlər gəlir. Madridin Barajas beynəlxalq hava limanı elektriksiz qalıb, telekommunikasiyalar da təsirlənib.
Andorra və Fransanın İspaniya ilə həmsərhəd bölgələrindəki vətəndaşlar da elektrik enerjisinin kəsilməsindən təsirləndiklərini bildiriblər.