Bacısının cəsədini məzardan çıxardı
Bankdakı 179 avroluq mirasa görə qeyri adi üsula əl atdı
16:29 | 28 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 269 dəfə baxılıb
Şriftin ölçüsü
Bankdakı 179 avroluq mirasa görə qeyri adi üsula əl atdı
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Pakistan və Hindistan arasında gərginlik Kəşmirin mübahisəli sərhəd bölgələrində artıq dördüncü gecədir ki, atışmalara səbəb olub. Çin də daxil olmaqla bir çox ölkə təmkinli olmağa çağırsa da, gərginliyi artıran daha bir bəyanat gəldi.
Pakistanın Dəmir Yolları Naziri Hənif Abbasi bildirib ki, onların ölkəsindəki 130 nüvə başlığı “yalnız Hindistan üçün” saxlanılıb: “Əgər su təchizatını dayandıracaqlarsa, müharibəyə hazır olmalıdırlar. Əlimizdə olan hərbi texnika və raketlərin məqsədi təkcə onları nümayiş etdirmək üçün deyil. Ölkəmizin hansı bölgələrində nüvə silahlarımızı yerləşdirdiyimizi heç kim bilmir. Yenə deyirəm, bütün bu ballistik raketlərin hədəfi sizsiniz”.
Digər tərəfdən Hindistan donanması da dünən uzaq mənzilli raketi sınaqdan keçirərək qonşusunu təhdid edib.
Hindistanın baş naziri Narendra Modi də Kəşmirdə mülki şəxslərə qarşı hücumu pisləyib və həlak olanların ailələrinə “ədaləti təmin edəcəyinə” söz verib.
Aprelin 22-də turistlərin atəşə tutulması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hücumun Pakistanda qadağan olunmuş “Ləşkər-e-Tayyibə” (LET) təşkilatının uzantısı olan Müqavimət Cəbhəsi (TRF) tərəfindən həyata keçirilib.
Kəşmir Müqaviməti olaraq da bilinən radikal islamçı təşkilat verdiyi açıqlamada bölgədəki “demoqrafik dəyişikliyə” qarşı olduğunu bildirib.
Hücumun səbəbkarlarının Pakistandan gəldiyini iddia edən Hindistan, Hind Suları Müqaviləsini dayandırıb. Yeni Dehlidə çalışan Pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini istənilib və Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlanıb.
Pakistan isə ittihamları rədd edərək İslamabaddakı Hindistan diplomatik işçilərinin sayını məhdudlaşdırıb, Hind Suları Müqaviləsi xaricindəki çaylara hər hansı müdaxiləni “müharibə aktı” kimi qiymətləndirəcəyini bəyan edib, Hindistanla bütün ticarəti dayandırıb və hava məkanını bağlayıb.
1960-cı ildə imzalanmış müqavilə iki ölkə arasında Hind çayı və onun qollarında suyun istifadəsi şərtlərini müəyyən edir. Hindistan hətta birbaşa münaqişə dövrlərində belə bu müqaviləni dayandırmamışdı.